Icma.az
close
up
RU
EY İlin İş Adamı 2026 müsabiqəsinə ərizə qəbulu başlayıb

EY İlin İş Adamı 2026 müsabiqəsinə ərizə qəbulu başlayıb

Marja.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

(®) Sahibkarlar arasında keçirilən nüfuzlu “EY İlin İş Adamı”  proqramında iştirak üçün ərizələrin qəbulu 30 dekabr 2025-ci il tarixinədək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən sahibkarlar qeydiyyat ərizələrini www.eoy.az saytına keçid edərək doldura bilərlər.

40 ilə yaxındır ki, təsis edilmiş “EY İlin İş Adamı” proqramı öz cəmiyyətində, ölkəsində və dünyada həyat keyfiyyətini yaxşılaşdıran, daim innovasiyalara imza atan, yeni iş yerləri yaradan və fəaliyyət göstərdikləri sahələri təkmilləşdirən uğurlu sahibkarların nailiyyətlərini tanıyır.

Azərbaycanda “EY İlin İş adamı” müsabiqəsi ABB-nın baş sponsorluğu və bp şirkətinin dəyərli sponsorluq dəstəyi ilə yeddinci ildir ki, keçirilir. Proqram azərbaycanlı iş adamlarının sahibkarlıq nailiyyətlərinin tanıdılması məqsədini daşıyır. 2019-cu ildən etibarən müsabiqədə iştirak etmiş 70-dən çox sahibkar işgüzar əlaqələri genişləndirmək, biznesin inkişafı üçün yeni ideyalar əldə etmək və nüfuzlu sahibkarlar cəmiyyətinə qoşulmaq imkanı əldə ediblər. Müsabiqənin əsas məqsədi sahibkarlığın inkişafını təşviq etmək, iş adamlarının uğur hekayələrini bölüşməkvə onların beynəlxalq biznes şəbəkəsinə çıxış əldə etmələrinə dəstək verməkdir.

“EY İlin İş Adamı” müsabiqəsində iştirak etmək üçün şərtlər:

Namizədlər aşağıdakı meyarlara cavab verməlidirlər:

Namizəd şirkətin ideya müəllifi və əsas maliyyə investoru olmalıdır (ailə biznesini davam etdirən şəxslər müsabiqədə iştirak  edə bilməzlər);Namizədin şirkətdəki payı ən azı 20% təşkil etməlidir;Son iki ildə şirkətin dövriyyəsi ən azı bir maliyyə ili üzrə 300,000 AZN – 30 milyon AZN aralığında olmalıdır;Şirkət ən azı iki il fəaliyyət göstərməlidir;Şirkətin ən azı beş rəsmi qeydiyyata alınmış işçisi olmalıdır.

Qiymətləndirmə meyarları:

Namizədlər aşağıdakı əsas göstəricilər üzrə qiymətləndiriləcək:

Sahibkarlıq ruhu və idarəetmə bacarığı;İnnovasiyalar və yenilikçilik;Biznesin inkişafı və dəyərin yaradılması;Sənayeyə təsirlər və uzunmüddətli inkişafa töhfələrin verilməsi.

Müxtəlif nominasiyalar üzrə qaliblər və  milli qalib ölkənin sahibkarlıq arenasında ən önəmli tədbirlərdən birinə çevrilən Qala mərasimində elan olunacaqlar. Milli mərhələnin qalibi 2026-cı ilin iyun ayında Monakoda keçiriləcək “Dünya üzrə İlin İş Adamı” müsabiqəsində Azərbaycanı təmsil edəcək.

Sponsorlar və Tərəfdaşlar:

Baş sponsor – ABB
Sponsor dəstəyi – bp

Rəsmi tərəfdaşlar:

APFM (Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası),Finansist jurnalı, Ekvita, və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO.

Əlavə məlumat:

Proqram haqqında daha ətraflı məlumat üçün:

Vebsayt: www.eoy.az
Instagram: https://www.instagram.com/eoy_azerbaijan
Facebook: https://www.facebook.com/share/1BEutZg6wZ
Telegram: https://t.me/eoy_azerbaijan
Telegram Bot: https://t.me/eoy_assistant_bot

Proqramla bağlı ən son məlumatlar əldə etmək və sahibkarların uğur hekayələri ilə tanış olmaq üçün səhifələrimizi izləyin!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://marja.az
archiveBu xəbər 17 Oktyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri