Icma.az
close
up
RU
Eyni anda 2 ana və 1 atadan doğulan körpələr Elm aləmində inqilab

Eyni anda 2 ana və 1 atadan doğulan körpələr Elm aləmində inqilab

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Böyük Britaniyada 8 körpə ölümcül irsi xəstəliklərin qarşısını almaq məqsədilə üç nəfərin genetik materialı ilə doğulub.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Böyük Britaniya alimləri tərəfindən irəli sürülən bu üsul bir ana və atadan alınan yumurta və sperma ilə ikinci qadının başqa bir yumurtasını birləşdirir.

Bu texnika Böyük Britaniyada on ildir ki, qanunidir. Amma indi bu metodun işə yarayacağına dair ilk dəlil var.

Bu tip xəstəliklər çox vaxt anadan uşağa ötürülür, orqanizmi enerjisiz qoyaraq orqanların işləməsinə mane olur.

Bu vəziyyət ciddi əlilliyə səbəb ola bilər və bəzi körpələr doğulduqdan bir neçə gün sonra ölür. Əvvəlki uşaqları, ailə üzvləri və ya anaları bu xəstəlikdən əziyyət çəkən cütlüklər risk altında olduqlarını bilirlər.

Üçlü texnika ilə doğulan uşaqlar genetik planlarının böyük əksəriyyətini valideynlərindən alırlar, eyni zamanda DNT-nin təxminən 0,1%-ni ikinci qadından miras alırlar. Bu, dəyişikliyin nəsildən-nəslə ötürülməsi deməkdir.

Sözügedən  üsulla valideyn olan ailələr gizliliyi qorumaq üçün mətbuata açıq şəkildə danışmasalar da, anonim açıqlamalar veriblər.
Bir qız uşağı anası deyib ki,i llər boyu davam edən qeyri-müəyyənlikdən sonra bu müalicə sayəsində valideyn olublar.

Mitoxondriya nədir?

Mitoxondriya demək olar ki, hər hüceyrənin içərisində olan kiçik strukturlardır. Nəfəs almağımızın səbəbi onlardır. Yeməkləri bədənimizi yanacaqla təmin edən enerjiyə çevirmək üçün oksigendən istifadə edirlər.

Qüsurlu mitoxondriya orqanizmin ürək döyüntüsünü davam etdirmək üçün lazım olan enerjini istehsal etməsinə mane ola bilər. Bu da beyin zədələnməsinə, qıcolmalara, korluğa, əzələ zəifliyinə və orqan çatışmazlığına səbəb olur.

Təxminən hər 5000 körpədən biri mitoxondrial xəstəliklə doğulur. Bəzi ailələr bu xəstəliklərə görə birdən çox övladını itirirlər.

Qeyd edək ki, “New England Journal of Medicine” jurnalında dərc olunan iki hesabata görə, prosedur Nyukasldakı IVF Mərkəzində 22 ailə üzərində aparılıb.

Bu körpələrdən səkkizi dünyaya gəlib: dördü oğlan, dördü qız, biri isə əkiz idi. Bir hamiləlik hələ də davam edir.

Billurə Yunus

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 İyul 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri