Icma.az
close
up
RU
Faiz itkisi olmayan ən sərfəli əmanət hansıdır? Araşdırma

Faiz itkisi olmayan ən sərfəli əmanət hansıdır? Araşdırma

Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.

Bank əmanətləri nağd pulunuzu idarə etmək üçün ən yaxşı vasitədir. Banklarda əmanətlərin müxtəlif növləri var. Hazırda ən çox tələb müddətli əmanətlərədir. Ölkəmizdə fəaliyyət göstərən bütün banklarda müddətli əmanət yerləşdirərək vəsaitinizdən gəlir qazana bilərsiniz. Bu əmanətlər müddətli olduğu üçün müddətin sonunda tam faizi ilə birlikdə vəsaitinizi bankdan geri götürə bilərsiniz.

Əgər istədiyiniz vaxt götürsəniz, bu zaman sizə faizlər ödənilmir, yaxud müəyyən qismi ödənilir. Zaman və məbləğ limiti olduğu üçün bu əmanətləri istədiyimiz kimi idarə edə bilmirik.

Bəs əmanəti yerləşdirib istənilən vaxt əmanətdən istifadə etmək və bu zaman faiz itirməmək mümkündürmü? – Bəli, mümkündür! 

Bu  dəfə digər əmanətlərdən daha fərqli əmanət növünü, istədiyimiz kimi idarə edə biləcəyimiz əmanətləri araşdırmışıq.

Araşdırmamıza görə, bir neçə bankda belə məhsul var. Gəlin, bankların təklif etdiyi bu tip əmanətlərlə və onların şərtləri ilə daha ətraflı tanış olaq. 

Yelo Bank-da bu məhsul “Yelo Sərbəst” adlanır. Bu əmanət növündə faizlər digər banklardan daha yüksəkdir. Belə ki, məbləğdən asılı olaraq illik 8%-dək gəlir qazanmaq mümkündür. Həmçinin, vəsaitinizi istədiyiniz kimi idarə edə, istədiyiniz vaxt artırıb, azalda bilərsiniz. Kapitalizasiya funksiyası sayəsində faizlər hər ay əsas məbləğə əlavə edilir. Beləliklə, faizlərdən də faiz qazanmaq imkanı yaranır. Əmanətdən qismən məxaric edilmiş vəsaitə görə və ya əmanəti bağladığınız halda heç bir cərimə ödənilmir, faiz itkisi yaşanmır və hesablanan faizləri tam şəkildə əldə etmək mümkün olur. Onu da qeyd edək ki, əmanət sifariş edən müştərilərə aylıq faizlərin alınması üçün Yelo Light kartı hədiyyə verilir. 

Ən sərfəli kredit üçün müraciət et

AccessBank – “Əlverişli” adlanan bu əmanət məhsulunda da istədiyiniz zaman vəsaiti artırıb, azaltmaq imkanı verilir. Məbləğdən asılı olaraq faizlər hər ay əsas məbləğin üstünə əlavə olunur və faizlərdən faiz qazanırsınız. İstənilən vaxt əmanət hesabını həm doldurub, həm də sərbəst istifadə etmək mümkündür. Əlverişli əmanət müddətsiz olaraq açılır. 

Kapital Bank – “Müddətsiz” adlanan əmanət növündə siz vəsaitinizi vaxt məhdudiyyəti olmadan əmanət hesablarına yatıra bilərsiniz. Məbləğə görə hesablanan faizlər valyutaya uyğun olaraq fərqlilik göstərir. Banka yerləşdirilən əmanət məbləğini asanlıqla artıra və ya azalda bilərsiniz. Faiz gəlirlərinin ödənişi isə əmanət çıxarılanda edilir. 

Hər üç bankda da əmanəti həm AZN, həm də USD valyutasında yerləşdirmək mümkündür. 

Məbləğlər və faizlər isə infoqrafikdə qeyd edilib. Siyahı ən yüksək faiz təklif edən bankdan ən aşağı faiz təklif edən banka doğru sıralanıb. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://banco.az
archiveBu xəbər 02 Dekabr 2024 07:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see440

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see404

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see356

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see351

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see338

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see271

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see234

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see221

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see218

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see217

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see213

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see203

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see202

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see201

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see200

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see187

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see182

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see174

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see166

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri