Icma.az
close
up
RU
Fars hay sevgisi:İran Milli Kitabxanasında ilk dəfə erməni əlyazmaları öyrəniləcək

Fars hay sevgisi:İran Milli Kitabxanasında ilk dəfə erməni əlyazmaları öyrəniləcək

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

İran-Ermənistan münasibətlərinin durmadan inkişaf etməsini təsdiqləyən növbəti bir addım atılıb.
Adalet.az
xəbər verir ki, İranın ən böyük əlyazma mərkəzində ilk dəfə erməni əlyazmaları öyrəniləcək. Beləki, Ermənistanda Matenadaran və ya Mesrop Maştots adına İrəvan Əlyazmalar və Sənədlərin Qorunma və Tədris Mərkəzindən olan nümayəndə heyəti Qum şəhərindəki Ayətullah Maraşi Nəcəfi Kitabxanasını ziyarət edib. Erməni medaiası bildirir ki, nümayəndə heyətini mərkəzin təsisçisinin oğlu, direktoru Mahmud Maraşi Nəcəf qəbul edib.
Ayətullah Maraşi Nəcəfi Kitabxanası İranın ən böyük İslam əlyazmaları mərkəzi və bütün İslam dünyasında üçüncü ən böyük kitabxanadır. Kolleksiyada həm dini xarakterli, həm də elmin müxtəlif sahələrinə aid mətnləri ehtiva edən müxtəlif dillərdə 85000-ə yaxın əlyazma var.
Mərkəzin əlyazma anbarlarına, rəqəmsallaşdırma və bərpa şöbələrinə ekskursiya təşkil edilib:“Mərkəzdə saxlanılan erməni əlyazmalarının tədqiqindən başlayacaq qarşılıqlı əməkdaşlığın vacibliyi və istəyi vurğulanıb”.
Ermənistanlı nümayəndələri Ayətullah Maraşi Nəcəfi Kitabxanası ilə əməkdaşlıqdan əlavə, İran Milli Kitabxanası ilə də əməkdaşlıq edir.
İran Milli Kitabxanasının Arxivində erməni guşəsi açılacaq və 5 alim erməni əlyazmalarını tədqiq edəcək.


Xatırladaq ki, 1955-ci ildən fəaliyyətə başlayan Ayətullah Maraşi Nəcəfi Kitabxanası İslam elmlərini təbliğ etmək üçün kütləvi kitabxanadır. Hazırda bu kitabxanada bir milyona yaxın çap kitabı və 40 min əlyazma var və Ayətullah Seyid Şəhabəddin Maraşi Nəcəfinin oğlu Doktor Mahmud Maraşi Nəcəfi buraya rəhbərlik edir. Ərəbcə kitablarla yanaşı, kitabxananın xarici kitablarının əksəriyyəti dünyanın əsas tədqiqat mərkəzləri və kitabxanaları ilə mədəni mübadilə yolu ilə təmin edilir. Kitabxanada patologiya, resurslarla təminat, kataloqlaşdırma, kompüterlər, ictimai və beynəlxalq əlaqələr, kitabxananın mühafizəsi və təhlükəsizliyi bölmələri , çap kitablarının anbarı, foto, mikrofilm, əlyazma kitablar, hədiyyə edilmiş və ya alınmış kitabların qorunduğu yer var. “Şahab ​​irsi” adlı jurnal da nəşr etdirir.
Qeyd edək ki, 2012-ci ildə İranın xaricdəki ən böyük sənədlər toplusu və informasiya mərkəzi sayılan kitabxanasıda  açılmışdı. Kitabxana İrəvanın Kəbud (Göy) məscidində fəaliyyətə başlayıb.Kitabxanada 20 min dəri kitab var, eyni zamanda mərkəz müasir texnologiya və internetlə təchiz edilib və online olaraq İran Milli Kitabxanasına bağlanıb. Hazırda fəaliyyət göstərir...


Əntiqə Rəşid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://adalet.az
archiveBu xəbər 07 Fevral 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri