Icma.az
close
up
RU
Fars molla rejimi illər boyu Ermənistanı hərtərəfli dəstəklədik və buna davam edəcəyik demək istəyir

Fars molla rejimi illər boyu Ermənistanı hərtərəfli dəstəklədik və buna davam edəcəyik demək istəyir

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“SEPAH-i pasdaranın Azərbaycana qarşı, Azərbaycanın ərazi bütövlüyünə qarşı Azərbaycanın dövlətçiliyi və dövlət müstəqilliyinə qarşı səsləndirdiyi bu sərsəm, açıq hədə sözsüz ki, təsadüfi deyil və çox ciddi təhlükə siqnalıdır və bunun da mahiyyəti açıqdır. Yəni o səsləndirilən hədənin içində o təhdidin mahiyyətini açıq şəkildə görmək olur. Orada biz görürük ki, ifadə olunur ki, tezliklə ayrılmış budağı yenidən doğma vətənə birləşdirəcəyik” ifadəsi birbaşa göstərir ki, yəni bu tarixi saxtakarlıqdan fars molla rejimi əl çəkmək fikrində deyil”.

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu saxtalaşdırılmış tarixi ideoloji əsaslandırmalarla gündəmə gətirirlər: “Bu, açıq-aşkar Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş təhdiddir və faktiki olaraq yeni rejim bununla həm də elan etmək istəyir ki, Azərbaycana qarşı işğal planı var. Çünki orada konkret olaraq bəlli illəri müəyyənləşdirir. Yəni 2025-ci ildən başlayaraq, belə bir işğal prosesini müxtəlif müstəvilərdə aparmaq və 2040-cı ildə bunu yekunlaşdırmaq, həm ideoloji müstəviyə işarə edir, həm terror təxribatlarına işarə edir, həm birbaşa işğal planının olduğuna işarə edir. Bu, çox ciddi bir təhdidi ortaya qoymuş olur. Çünki bu sadə bir millət vəkili tərəfindən edilən bir təhdid deyil. SEPAH-i pasdaranı hamı tanıyır. Hamı bilir ki, İran İslam Respublikasının ideoloji rejimini qorumaqda mükəlləf olan hərbi ideoloji və siyasi bir struktur. SEPAH-i pasadaran ümumiyyətlə, ölkəni tamamilə öz əlində saxlayır. Hər kəs bilir ki, orada icraedici orqan başında kimin olmasından asılı olmayaraq, qanunverici orqan, məhkəmə orqanları müstəqil orqanlar deyil. Bu gün Məsud Pezeşkianın davranışlarında bunu görürsünüz. Məsələn; Məsud Pezeşkian Azərbaycana səfərində Azərbaycan bayrağını yaxasına taxmır, amma Ermənistana gedəndə Ermənistan və İranın bayrağını yaxasına taxır. Bu mesajı kimin verdiyi bəllidir. Onun mahiyyətində nə durur? Fars molla rejimi demək istəyir ki, "biz illər boyu Ermənistanı hərtərəfli dəstəklədik, bu dəstəyimiz İranın icraedici orqanında və onun başında kimin durmasından asılı olmayaraq yenə də davam edəcək". Bu, bir Məsud Pezeşkian kimi türk də ola bilər. Bir başqa etnikdən də ola bilər, fərq etmir. Ona görə də bunu sadə bir təxribatçı mesaj kimi görmək yanlışdır. Bu, açıq şəkildə Azərbaycan dövlətinə qarşı yönəlmiş işğala çağırışdır və buna ciddi cavab verilməlidir. Çünki bu, regional təhlükəsizlik baxımından ciddi riskləri artırır və İranın bir məqsədi də budur”.

Sadiq İsabəyli

Sadiq İsabəyli qeyd edib ki, Azərbaycan-Ermənistan arasında münasibətlər İkinci Qarabağ savaşından sonra yeni bir mərhələyə gəlib, artıq yeni reallıqları üzə çıxıb: “Bu prosesdə Azərbaycanın təşəbbüskar və sülhə aparan fəaliyyətləri göz qabağındadır. Amerika Birləşmiş Ştatlarının dəvəti ilə “Ağ Ev”də sülh anlaşması paraflandı və bir növ dünyaya mesaj göndərildi ki, Güney Qafqazda sülh, əməkdaşlıq, iqtisadi layihələrin artıq icra olunması, kommunikasiyasının qurulması və dünyanın rifahı üçün yeni planların, yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bütün bunların hamısı Güney Qafqazda əsas olan məsələlərdəndir və bu prosesi aparılır”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:38
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Avqust 2025 23:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see724

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see205

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see202

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see191

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see166

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see159

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see153

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see144

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see144

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see141

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri