Icma.az
close
up
RU
Fazil Mustafa amerikalı jurnalistlərlə görüşüb

Fazil Mustafa amerikalı jurnalistlərlə görüşüb

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Böyük Quruluş Partiyasının (BQP) başqanı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bu gün Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdə səfərdə olan media nümayəndələri ilə görüşüb.

APA-nın xəbərinə görə, görüş zamanı BQP başqanı jurnalistlərin Azərbaycan-ABŞ münasibətləri, insan hüquqları, ölkədəki dini və ictimai-siyasi vəziyyət, iqtidar-müxalifət münasibətləri, siyasi partiyaların və vətəndaş cəmiyyəti institutlarının mövcud durumu, habelə Ermənistan-Azərbaycan sülh prosesinin perspektivləri ilə bağlı suallarını cavablandırıb.

Fazil Mustafa Azərbaycana xas tolerantlıq və multikulturalizm mühitindən, ölkəmizin sivilizasiyalar və mədəniyyətlərarası dialoq sahəsində tutduğu qabaqcıl mövqedən danışıb. O, Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələrindən bəhs edərək, 30 illik işğala, ermənilərin törətdiyi soyqırımı və misli görünməmiş vandalizm aktlarına baxmayaraq, Azərbaycan dövlətinin gələcəyə baxaraq sülh danışıqlarının təşəbbüskarı olduğunu vurğulayıb.

Deputat ölkədə vətəndaş cəmiyyəti institutlarının və siyasi partiyaların fəaliyyəti üçün normal şəraitin mövcud olduğunu, ictimai-siyasi vəziyyətin isə sabit qaldığını qeyd edib.

Fazil Mustafa həmçinin, Türk dünyası, Rusiya-Ukrayna müharibəsi, Azərbaycan-Rusiya, Azərbaycan-İran münasibətləri və digər aktual məsələlərlə bağlı da partiyasının mövqeyini jurnalistlərlə bölüşüb.

Görüşdə ABŞ-ın tanınmış jurnalistləri Con Fond (John Fund), Dennis Lennoks (Dennis Lennox), Corc Landrit (George Landrith), Maykl Mosbaxer (Michael Mosbacher), Mettyu Foldi (Matthew Foldi), Skott Morfild (Scott Morefield), Saul Anuzis (Saul Anuzis), Nikola Medic (Nikola Medic) iştirak edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://apa.az
archiveBu xəbər 02 Aprel 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see367

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see337

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see317

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see310

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see301

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see299

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see290

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see249

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see243

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see234

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see233

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see231

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see228

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see225

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see223

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see219

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see218

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see216

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see204

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri