Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Fazil Mustafa cərimələnən alimin müdafiəsinə qalxdı

Fazil Mustafa cərimələnən alimin müdafiəsinə qalxdı

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli barəsində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən (DƏMX) İnzibati Xətalar Məcəlləsinin (İXM) 555-ci maddəsinin 1-ci bəndi tətbiq edilərək protokol tərtib olunub və ona 1300 manat cərimə yazılıb. Səbəb odur ki, Dilçilik İnstitutunda iki qadın mübahisə edib, direktor isə bu haqda müvafiq orqanlara məlumat verməyib.

Nadir Məmmədli bu qərardan apellyasiya şikayəti versə də, etirazı təmin edilməyib.

Gununsesi.info xəbər verir ki, Milli Məclisin komitə sədri, deputat Fazil Mustafa alimin mənasız bir məsələyə görə cərimələnməsi məsələsinə sərt etirazını bildirib.

O, sosial şəbəkədə bununla bağlı yazıb:

“Rusiyanın Ukraynadan nə istədiyini çoxdan başa düşmüşük. ABŞ-nin də niyə İranın yaxasından yapışmasını az-çox anlamağa çalşırıq. Televiziyalarla bağlı aparılan müzakirələrin, sosial şəbəkədə söyüş və təhqirə görə məsuliyyətin sərtləşdirilməsinin mahiyyətini də anlayırıq. Anlamadığımız və heyrətlə qarşıladığımız, bəlkə də bir çoxlarına əhəmiyyətsiz görünən bir məsələ var: Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru inzibati məsuliyyətə cəlb edilib. Həm də nəyə görə? Deməli, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli barəsində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci (baş verən bədbəxt hadisə barədə müvafiq qurumu məlumatlandırmaması) maddəsi cərimə protokolu tərtib olunub.

Direktorun cərimələnməsinə səbəb isə işçilər arasında baş verən dava olub. Belə ki, institutun iki qadın əməkdaşı arasında şəxsi münaqişə baş verib. Yəni “Matroslar savaşarkən araya girməzlər” qəbilindən bir hadisə baş verib. Sonradan münaqişə işçilər tərəfindən öz aralarında həll olunub və heç bir ağır nəticə yaranmayıb. Yəni ölüm, xəsarət, maddi ziyan və s. ortada yoxdur.

Həmin davaya görə Nadir Məmmədli İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinib və 1300 manat məbləğində cərimə edilib. Direktor buna etiraz edərək apellyasiya şikayəti verib. O qeyd edib ki, baş verən münaqişə nəticəsində heç kim sağlamlıq itkisinə məruz qalmayıb, heç bir tibbi yardıma ehtiyac yaranmayıb və hadisə işçilər tərəfindən öz aralarında həll olunub. Nadir müəllim bu olayı “istehsalatda bədbəxt hadisə” kimi təqdim etməyin və onun tərəfindən hadisənin gizlədilməsini tamamilə əsassız iddia hesab edib. Lakin institut direktorunun şikayəti təmin edilməyib.

Acınacaqlı olan iki institut əməkdaşı tərəfindən şəxsi zəminində baş verən, yəni Azərbaycan dilinin qorunması, saflığı, gələcək taleyi ilə qətiyyən əlaqəsi olmayan münaqişə deyil, onun bu cür ağlasılmaz şəkildə hüquqi qiymətləndirilməsidir. Demək, institut direktoru ötən ilin oktyabr ayında Müstəqillik Günü ilə bağlı iclas keçirib, iki xanım işçi iclasdan yayınaraq çölə çıxıb biri-biri ilə “razborka” aparmağa başlayıb, ola bilsin ki, kiçik bir saçyolma və söyüş partiyası da baş verib, sonra da ayrılıb gəlib öz işlərini davam etdiriblər. Dərhal əmək müfəttişliyi bunu “istehsalatda bədbəxt hadisə” kimi qiymətləndirib və ayda 1150 manat maaş alan direktor üçün nə az, nə çox – 1300 manat cərimə protokolu tərtib edib.

Professor Nadir Məmmədlini yaxşı tanıyıram, dilimizin saflığının qorunması üçün hər cür fədakarlıq edən, cüzi maddi imkanlarını dəyərli kitabların çapına yönəldən bir ziyalımızdır. Hələ də anlamaq olmur, Dilçilik İnstitutu istehsalatdırmı, yaxud da iki qadının bir-biri ilə şəxsi zəmində sözləşməsi və sülh yolu ilə ayrılması bədbəxt hadisədirmi?

Son illərin bəlkə də ən absurd qərarı ilə qarşılaşdığımı gizlətmirəm. Bundan sonra Dilçilik İnstitunun Əsasnaməsinə gərək “dil istehsal edən müəssisə” sözləri yazılsın ki, bura da istehsalat kimi tanınsın. Yaxşı ki, hələ emal müəssisəsi kimi qələmə verməyiblər. Dilçilik İnstitutunun adını daşıdığı Nəsiminin dərisini də deyəsən bu cür absurd ittihamla soymuşdular. Burada deyirlər e, tarix təkrarlanır…”

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Fevral 2026 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri