Icma.az
close
up
RU
FED faiz dərəcəsini yenidən endirdi: Dolların məzənnəsi dəyişə bilərmi?

FED faiz dərəcəsini yenidən endirdi: Dolların məzənnəsi dəyişə bilərmi?

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


ABŞ Federal Ehtiyat Sistemi (FED) bu il ikinci dəfə əsas faiz dərəcəsini 25 baza bəndi azaldaraq illik 3,75–4% aralığına endirib.
Yeniavaz.com
xəbər verir ki, FED bu qərarı iqtisadi fəallığın mülayim templə artması və inflyasiyanın yüksəlməsilə əlaqələndirib.
FED həmçinin vurğulayıb ki, işsizlik nisbəti bir qədər artsa da, avqusta qədər aşağı səviyyədə qalıb.
Məlumata görə, sentyabrda keçirilən əvvəlki iclasda FED son doqquz ayda ilk dəfə faiz dərəcəsini 4,25–4,5%-dən 4–4,25%-ə endirib.
“Bloomberg” agentliyi yazır ki, ABŞ hökumətinin bağlanması səbəbindən iqtisadi məlumatların dərcinin dayandırılması vəziyyəti daha da qeyri-müəyyən edib. Agentliyin iqtisadçıları hesab edirlər ki, bu şəraitdə FED-in verdiyi qərar sonradan peşmanlıq doğura bilər. Onların sözlərinə görə, investorlar və biznes rəhbərləri də az məlumatla qərar verməyə məcbur qalırlar.
Bununla yanaşı, ABŞ Prezidenti Donald Tramp əvvəllər dəfələrlə FED-i faiz dərəcələrini azaltmağa çağırıb. Avqust ayında o, Federal Ehtiyat Sisteminin qubernatorlar şurasının üzvü Liza Kukun işdən çıxarılmasını elan edib. Kuka qarşı ipoteka fırıldaqçılığı ilə bağlı təhqiqat başladılıb. ABŞ məhkəməsi hələlik onun özünü müdafiə hüququna malik olduğunu və vəzifəsində qalacağını qərara alıb.
Ümumilikdə, FED-in bu addımı ABŞ iqtisadiyyatı üçün daha yumşaq pul siyasətinə keçidin davamı kimi qiymətləndirilir.
Ekspertlər bildirirlər ki, bu addım kreditləşməni və sərmayəni stimullaşdıraraq iqtisadi aktivliyi qısamüddətli dövrdə dəstəkləyə bilər, lakin eyni zamanda inflyasiya risklərini artırır və iqtisadi yavaşlama qorxusunu gücləndirir. Faizlərin azalması dolların gəlirliliyini aşağı saldığı üçün valyuta bazarlarında dolların zəifləməsi gözlənilir. Ümumilikdə, bu qərar dünya üzrə maliyyə şərtlərini bir qədər rahatlaşdıracaq, inkişaf etməkdə olan ölkələrə kapital axınını gücləndirə, amma uzunmüddətli perspektivdə inflyasiya təzyiqlərini artıraraq yeni balans axtarışına səbəb ola bilər.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 30 Oktyabr 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri