FED rəhbəri Trampa qarşı çıxdı: Yüksək tarif tətbiqi inflyasiya və işsizlik arta bilər, üstəlik...
Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Əsas tarif artımları davam edərsə, inflyasiya və işsizlik arta bilər və iqtisadi artım yavaşlaya bilər".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Jerome Pauel Trampın ayrı-ayrı ölkələrə tətbiq elədiyi yüksək tariflərə münasibətdə deyib.
O, FED-in gözlənildiyi kimi, siyasət faizini 4,25-4,50 faiz səviyyəsində saxlaması ilə bağlı mətbuat konfransında bildiirb ki, qeyri-müəyyənliyə baxmayaraq, ABŞ iqtisadiyyatı hələ də möhkəm mövqedə qalır: "İnflyasiya əhəmiyyətli dərəcədə aşağı düşüb. Lakin daha yüksək işsizlik və daha yüksək inflyasiya riskləri artıb".
Ölkənin yeni rəhbərliyin ticarət, immiqrasiya, maliyyə siyasəti və tənzimləmə ilə bağlı əhəmiyyətli siyasət dəyişiklikləri həyata keçirmə prosesində olduğunu qeyd edən Pauellin sözlərinə görə, tarif artımlarının iqtisadiyyata təsiri qeyri-müəyyənlik yaradıb: "Elan edilən böyük tarif artımları davamlı olarsa, inflyasiya və işsizliyin artmasına, iqtisadi artımın yavaşlamasına səbəb ola bilər"
Pauell jurnalistlərin suallarını da cavablandırarkən bir daha əmin edib ki, ölkə iqtisadiyyat dayanıqlı və çox yaxşı vəziyyətdədir: "Ancaq əgər tariflər bilmədiyimiz səviyyələrdə tətbiq olunarsa, o zaman hədəflərimizə doğru irəliləyiş görməyəcəyik, əksinə, iqtisadi ikişafımız ləngiyəcək"
Pauell sonda bildirib ki, faiz endirimləri ilə bağlı heç bir proqnoz verməyəcək.
Samir MUSAYEV
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 08 May 2025 09:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















