Icma.az
close
up
RU
Fenomenal ədib Qəzənfər Paşayev

Fenomenal ədib Qəzənfər Paşayev

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Aynur Turan

(27 avqustda Qəzənfər Paşayevin 88 yaşı tamam olur )

(əvvəli BU LİNKDƏ)

Onun qələmə aldığı bütün əsərlər həmişə ədəbi, elmi sferanın diqqətini cəlb etmiş, maraqla qarşılanmışdır. Bu da təbiidir... Çünki Qəzənfər müəllimin müraciət etdiyi mövzular əsasən “xam torpaqlar” aləmindən alınır, təkrarsız bir hadisəyə çevrilir. Lakin bütün bunlara rəğmən, onun yaradıcılığının Everest zirvəsi “Altı il Dəclə-Fərat sahillərində” (1985) bədii-publisist, elmi-memuar üslubunda qələmə aldığı, qızların cehizinə, oğlanların qüdrət daşına çevrilmiş əsəridir... Tayı-bərabəri olmayan bu əsəri milyonlar oxudu. Bu əsər Q.Paşayev yaradıcılığının rəmzinə, pasportuna döndü. Hələ sağlığında qəlblərdə Qəzənfər Paşayevin mənəvi heykəli ucaldı. Necə ki, Üzeyir Hacıbəylinin “Koroğlu” uvertürası, Bülbülün “Sənsiz” i, Səməd Vurğunun “Azərbaycan” ı, Tahir Salahovun “Qara Qarayev” portreti, Səttar Bəhlulzadənin “Təbiət mənzərələri”, Məmməd Arazın “Dünya sənin, dünya mənim” i, Sabir Rustəmxanlının “Ömür kitabı” əsərləri kimi.”

“Altı il Dəclə-Fərat sahillərində” kitabı filologiya elmləri namizədi Q.Paşayevin altı illik müşahidə və tədqiqatının nəticəsi olan bu kitab qədim mədəniyyətin beşiyi İraq və iraqlıların dünəni, bu günü, adət-ənənəsi, içtimai həyatı, inkişafı haqqında geniş məlumat verir. Bir vaxtlar gözəl nəfəsli müğənnimiz Nərminə Məmmədovanın iraqlı Sinan Səidlə birgə oxuduğu

Evlərinin önü yonca,

Yonca qalxıb dam boyunca...

misralı məşhur Kərkük bayatısı varlığımıza süzülərək bizə çox mətləbləri açıqlayırdı. Bu həzin və məlahətli səsin qəlbimizdə yaratdığı ilk təlatüm sonralar görkəmli tədqiqatçı-alim Qəzənfər Paşayevin “Altı il Dəclə-Fərat sahillərində” kitabı ilə bir daha ruhumuzu dara çəkərək bizi silkələdi. Ötən əsrin 80-ci illərində Q.Paşayevin ən böyük tirajla (130 min) çap olunmuş “Altı il Dəclə-Fərat sahillərində” adlı sanballı, elmi publisistik daha dəqiqi, bir səyahət salnaməsi olan kitabı əllərdə gəzdi, dillər əzbərinə çevrildi. Hamı bu əsərdən danışırdı. Qapalı bir mühitdə-sovet quruluşunun ağır diktələri və rejimi altında yaşadığımız bir zamanda biz əslində böyük dünyadan xəbərsiz idik. Məhz Q.Paşayevin bu kitabının vasitəsilə bizə bəlli oldu ki, o qədər də iraq olmayan ölkədə, İraqda dilimizdə danışan İraq türkmanları yaşayır. Biz ilk dəfə məhz professor Q.Paşayevin bu kitabının vasitəsilə İraq ellərindən, Kərkükdən xəbər tutduq. Bizi təccübləndirən təkcə bu xəbər deyildi, bizi heyrətləndirən bütün buxovları, sədd və sərhədləri sözün böyük qüdrəti ilə vurub dağıtmağı bacaran Q.Paşayevin yazıçılıq məharəti, vətəndaşlıq yanğısı, milli təəssübkeşliyi və cəsarəti idi. O zaman Q.Paşayev bizim üçün bir əfsanəvi insana çevrilmişdi. Q.Paşayev İraq-Azərbaycan ədəbi əlaqələrində bir elmi institutunun görəcəyi işi təkbaşına yerinə yetirir. “Altı il Dəclə-Fərat sahillərində” 1996-cı ildə Bağdadda ərəbcə nəşr olunmuş və bu ölkədə böyük ədəbi hadisəyə çevrilmişdi.

Müəllifin “İraq-türkmən folklorunun janrları” kitabı da həm Bakıda, həm Bağdadda, həm də İstanbulda nəşr edilib. “İraq-Türkmən ləhcəsi” araşdırmasıda böyük rəğbətlə qarşılanıb. Kərkükdə yaşayıb-yaradan söz adamları haqqında professor Q.Paşayevin müxtəlif yazılarını oxumuşuq. Görkəmli alimimizin çap etdirdiyi “İraq-Kərkük bayatıları”, “Kərkük mahnıları”, “İraq-Kərkük atalar sözləri”, “Kərkük tapmacaları”, “Kərkük folklor antologiyası”, “Nəsiminin İraq divanı” və s. kitabları ədəbiyyatımızın zənginləşməsinin bu yöndə böyük fədakarlıq, vətəndaşlıq mövqeyinin göstəricisidir. Müəllif kitabın bir fəslin belə adlandırmışdır: “İraq bizə iraq deyil”. Burada onu qeyd edə bilərik ki, ümumən uzaqların yaxın olmasını, o cümlədən İraqın bizə iraq yox, daha da yaxın olmasını arzulayan hər kəs dost xalqlarımız arasındakı ədəbi-mədəni əlaqələrin inkişafına qüvvəsi çatdığı qədər kömək göstərməlidir. “Altı il Dəclə-Fərat sahillərində” əsəri də məhz belə nəcib bir niyyətlə oxuculara təqdim olunur.

Professor Q. Paşayevin “Borcumuzdur bu ehtiram” kitabı 2010-cu ildə nəşr olunmuşdur. Kitabda filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin ünsiyyətdə olduğu, əksəriyyəti ilə illər boyu dostluq etdiyi dünyasını dəyişmiş dəyərli insanlar haqqında fikirləri, düşüncələri yer alır. O insanlar ki, örnək olan əməlləri və müdrik kəlamları ilə bizimlədir. “Borcumuzdur bu ehtiram” xalq tərəfindən sevilən unudulmaz insanların xatirəsinə bir töhfədir. Qəzənfər Paşayevin kitabı ömrünü xalq, millət, elm, mədəniyyət və dövlət yolunda fədakarlıqla həsr edib, bu dünyadan ləyaqətlə köçənlərə həsr olunub. Bu dəyərli kitabın bir məziyyəti də ondadır ki, kitabın müəllifi bu dünyada qalib gedənlər haqqında yazmağa mənəvi haqqı olan insandır.

Sözlərimizə Cabir Novruzun fikri ilə aydınlıq gətirə bilərik.

Sağlığnda qiymət verin insanlara,

Sağlığnda yaxşılara yaxşı deyin.

Sağlığnda yaman deyin yamanlara.

Qəzənfər Paşayev hər bir insanın həm sağlığında, həm də yoxluğunda insanlara qiymət verməyi bacaran biridir.

İstedadlı şəxsiyyət Q.Paşayevin “Ədəbi məktublar” kitabında yer alan məktublar XX əsrin 80-ci illərindən başlamış günümüzədək 35 illik dövrü əhatə edir.

Düşünürük ki, hər gün gördüyümüz, oxuduğumuz bu “İNSAN” əsəri elə Qəzənfər müəllimin özüdür. Bəli, bu kitabı oxuduqca, onunla tanış olduqca, ünsiyyət bağladıqca gözlərimiz önündə özü bütöv, sözü bütöv, amalı yalnız yaxşılıq, xeyirxahlıq olan, kimsənin qəlbini qırmayan, “əl tutmaq Əlidən qalıb” ideyasını kredosuna çevirən, ödədiyindən ödənc gözləməyən, istəməyən, əməlpərvər, ürəyiaçıq, mehriban, səmimi bir insan yüksəlir, heykəlləşir: Qəzənfər Paşayev!” (Vüqar Əhməd). Məncə Q.Paşayevin insanlığına, iç dünyasına, özü də sağlığında bundan böyük qiymət ola bilməz. Ömrünün bir müdriklik zirvəsi də keçildi, 81 yaş arxada qaldı. Qarşıda isə yeni zirvələr, yeni yaradıcılıq üfüqləri... Bu zirvələr də, üfüqlər də ona “gəl-gəl” deyir. Gəlin, bu dəyərli şəxsiyyət, elm adamı Qəzənfər Paşayevi 81-illik yubileyi münasıbəti ilə təbrik edək, ona həyatda və yaradıcılığında yeni-yeni nailiyyətlər arzu edək. Allah amanında, tanrı sevgisində, uğurlar qanadında!

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 02 Sentyabr 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sertifikasiya qalmaqalı: bu dəfə texnologiya müəllimləri səhv aşkarladı

28 İyun 2026 12:14see1346

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see244

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see229

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see220

Özbəkistanda keçirilən Muğam Sənəti Festivalında Azərbaycandan gələn hər iki qrup ayrılıqda birinci mükafata layiq görülüblər

27 İyun 2026 00:20see217

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see211

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see206

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see203

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see202

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see199

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see199

UFC Bakı: Rafael Fiziyev və digər təmsilçilərimiz oktaqona çıxır YENİLƏNİR

27 İyun 2026 17:14see192

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see185

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

27 İyun 2026 00:48see179

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see170

DÇ 2026: Harri Keyndən yeni rekord

28 İyun 2026 06:32see163

Panama DÇ 2026 nı qolsuz başa vuran yeganə komanda olub

28 İyun 2026 03:25see159

DÇ 2026 da “pley off”a çıxan komandalar artdı ADLAR

27 İyun 2026 10:40see155

Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır ARAŞDIRMA

28 İyun 2026 16:35see153

DÇ 2026: İspaniya Uruqvayı məğlub edərək lider kimi pley offa çıxdı

27 İyun 2026 06:18see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri