Icma.az
close
up
RU
Fəqərəarası disk yırtığı əməliyyatı icbari tibbi sığortanın təminatına daxildir AZƏRTAC

Fəqərəarası disk yırtığı əməliyyatı icbari tibbi sığortanın təminatına daxildir AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 23 noyabr, AZƏRTAC

Diskektomiya sinir köklərinə təzyiq göstərən fəqərəarası diskin hissəvi və ya tam çıxarılmasıdır. Fəqərəarası disklər amortizator rolunu oynayır və onurğanın hərəkətliliyini təmin edir. Travma və ya degenerativ dəyişikliklər səbəbindən diskin yerdəyişməsi və ya qabarması baş verir. Bu da onurğa beynindən çıxan sinirlərin sıxılmasına gətirib çıxarır. Sinirin sıxılması öz növbəsində ağrı, keyimə, əzələ zəifliyi, hərəkət funksiyalarının və disk yırtığının yerləşməsindən asılı olaraq digər funksiyaların pozulmasına səbəb olur.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, güclü ağrıya və ətrafların funksiyalarının pozulmasına səbəb olan, konservativ müalicəyə (dərman və ya fizioterapiya) cavab verməyən disk yırtığı diskektomiya əməliyyatı üçün göstəriş sayılır. Əməliyyat icbari tibbi sığorta hesabına qarşılanır. Disk hissəvi və ya tam çıxarıldıqdan sonra onurğanı sabitləşdirmək üçün istifadə olunan implantlar da icbari tibbi sığorta ilə təmin olunur. Əməliyyat zamanı müasir standartlara cavab verən beynəlxalq sertifikatlı implantlardan istifadə edilir.

Cari ilin yanvar-oktyabr ayları ərzində icbari tibbi sığorta hesabına 3 min 500-ə yaxın diskektomiya əməliyyatı icra olunub. Əməliyyatlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) həyata keçirilib.

Əməliyyatdan öncə isə bir sıra diaqnostik müayinələrdən keçmək tələb olunur. Əsas müayinələr maqnit-rezonans tomoqrafiyası (MRT), kompüter tomoqrafiyası (KT), onurğa rentgenoqrafiyası, elektrokardioqramma (EKQ), qarın boşluğunun ultrasəs müayinəsi (USM) və sinirlərin funksionallığının qiymətləndirməsi üçün həkim tərəfindən aparılan neyrofizioloji testləri əhatə edir. Bunlarla yanaşı, əməliyyata əks göstərişin olmadığını müəyyən etmək üçün qan analizi və digər laborator müayinələr də tələb oluna bilər. Qeyd edilən instrumental, funksional-diaqnostik və laborator tibbi xidmətlər icbari tibbi sığorta hesabına vətəndaşlar üçün ödənişsizdir.

Qeyd edilib ki, ixtisaslı həkim tərəfindən əməliyyat təyin edilmədən öncə konservativ müalicə üsulu tövsiyə olunur. Bunlardan biri də icbari tibbi sığorta ilə qarşılanan fizioterapiya xidmətidir.

Oturaq həyat tərzi, zədə və travmalar, fiziki yüklənmə, artıq çəki, genetik faktorlar fəqərəarası disk yırtığının yaranmasına səbəb ola bilər. Buna görə, disk yırtığının əməliyyat sonrası yenidən yaranmaması üçün qeyd olunan risk amilləri nəzərə alınmalı, həkimin tövsiyələrinə riayət olunmalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Noyabr 2024 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı

19 İyul 2025 10:50see163

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see117

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see117

Mourinyo bu komandanı çalışdıra bilər

19 İyul 2025 08:26see117

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see115

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see115

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see114

Böyük Britaniyada Qanqster nənə həbs edildi: 100 milyon dollar, bir tondan artıq narkotik İTTİHAMI

20 İyul 2025 01:49see113

Tramp BRİKS in zəiflədiyindən danışdı

19 İyul 2025 11:50see112

Prezident: Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir

19 İyul 2025 17:40see111

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see111

“Qarabağ”, “Sabah”, “Zirə” və “Araz Naxçıvan”ın 3 cü mərhələdəki potensial rəqibləri

19 İyul 2025 07:52see110

Gürcüstanda üç Türkiyə vətəndaşı saxlanılıb Qırmızı bülletenlə axtarışda olublar

19 İyul 2025 16:28see110

“Ölkəmizdə risklərin daxili mənbələri yoxdur”

19 İyul 2025 23:24see110

ABŞ konqresmeni ofisində infarktdan öldü

19 İyul 2025 23:54see110

20 il komada qalan şahzadə öldü FOTOLAR

20 İyul 2025 09:29see109

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see109

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır Vaşinqton Post

20 İyul 2025 08:02see109

Reytinq turnirində daha 2 medal

20 İyul 2025 00:18see109

İctimai siyasi fikir və dövlətçilik tariximizdə “Açıq söz” qəzeti

19 İyul 2025 15:43see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri