Fərdi Tayfurun vəsiyyəti açıqlandı Qızı üsyan etdi
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Türkiyənin əfsanəvi sənətçilərindən mərhum Ferdi Tayfurun vəsiyyəti açıqlanıb.
Bakıvaxtı.az türk mediasına istinadla xəbər verir ki, 2 yanvar 2025-ci ildə qaraciyər və böyrək çatışmazlığından dünyasını dəyişən sənətkarın vəsiyyəti onun qardaşı qızı və mətbuat məsləhətçisi Şirin Gözalıcı tərəfindən ictimaiyyətə çatdırılıb.
Gözalıcının paylaşımına görə, Ferdi Tayfur vəsiyyətində Türk Silahlı Qüvvələrinə, Darüşşafaka Vəqfinə və LÖSEV-ə ianələr edib. Ailəsi sənətkarın xalqına sədaqətini və fədakarlığını bir daha nümayiş etdirdiyini vurğulayıb. Vəsiyyətdə onun nikah yoldaşı Zeliha Tayfur, qızları Tuğba Dınız və Funda Doğrul, eləcə də son övladı Ferdi Taha Tayfurun adları yer alıb.
Lakin vəsiyyətdə sənətkarın digər övladları Tuğçe Tayfur və Timur Tayfurun adlarının olmaması ailə daxilində narazılıq yaradıb. Tuğçe Tayfur sosial mediada açıqlama verərək vəsiyyəti qəbul etmədiyini bildirib. O, atasının adından istifadə edildiyini və mirasın müəyyən şəxslər tərəfindən yönləndirildiyini iddia edib. Tuğçe Tayfur bu məsələdən əl çəkməyəcəyini və hüquqi mübarizə aparacağını bəyan edib.
Məsələ ailə üzvləri arasında böyük müzakirələrə səbəb olub. Hazırda Ferdi Tayfurun vəsiyyəti ilə bağlı mübahisələrin hüquqi müstəviyə daşına biləcəyi ehtimal edilir./Milli.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 07 Fevral 2025 01:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















