Icma.az
close
up
RU
Fərid Əsgərovla bağlı maraqlı detal Rafael Ağayevin anasının müalicəyə ehtiyacı olduğu zaman… KONKRET

Fərid Əsgərovla bağlı maraqlı detal Rafael Ağayevin anasının müalicəyə ehtiyacı olduğu zaman… KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Prezidentin Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək, Prezident katibliyinin rəhbəri təyin edilən Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olunub.

KONKRET.az Musavat.com-a istinadla xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin marketinq direktoru Ləman Ağayeva Fərid Əsgərov barəsində paylaşım edib.

O, Fərid Əsgərovun xarakteri ilə bağlı maraqlı məqamları açıqlayıb: “Fərid Əsgərovla ilk dəfə 2007-ci ildə Gimnastika Federasiyasında çalışdığım dövrdə tanış olmuşam. O vaxtdan bu günə qədər onu yalnız bir cür tanımışam — vicdanlı, zəhmətkeş, səmimi və dostlarına son dərəcə bağlı insan kimi. Fərid hər zaman ailəsinə – anasına, övladlarına, bacı-qardaşına qarşı böyük qayğı və məsuliyyət hissi ilə yanaşan bir insan olub. Kənardan baxanda bəlkə də hər şey asan görünə bilər, amma onun peşəkar fəaliyyəti və gündəlik həyatdakı zəhməti heç də asan deyil. Hər zaman işinə ürəyini qoyub, nə iş görürsə, səviyyəli, zövqlü və məsuliyyətlə yerinə yetirir.

Ən çox da Fəridi fərqləndirən bir cəhət var — o, dostluğa sadiq bir insandır. Elə vəziyyətlər olur ki, insanlar imkan və vəzifə sahibi olduqdan sonra dəyişirlər, ətrafına yadlaşırlar. Amma Fərid hər zaman dostlarının, yaxınlarının yanında olub, çətin günlərdə onların yanında dayanmağı bacarıb.

Onun əsl insanlıq nümunəsi olduğunu göstərən çoxlu misallar var. Məsələn, dünya və Avropa çempionu Rafael Ağayevin anasının müalicəyə ehtiyacı olduğu çətin bir zamanda, Fərid bütün qəlbi ilə yardım üçün əlindən gələni edib, məsələni şəxsən ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya çatdırıb. Mehriban xanım da özünəməxsus mərhəmət və diqqətlə bu məsələyə dərhal reaksiya verib və dəstək göstərib.

Fəridin xarakterini tanıyan biri kimi əminəm – başladığı bu yeni yolda da o, hər zaman olduğu kimi işinə ürəyini qoyacaq, insanlara fayda verməyə çalışacaq və ən yüksək nəticələrə nail olacaq.

Uğurlar sənə, Fərid! Allah hər zaman köməyin və yanında olsun!”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 İyul 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see369

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see283

Bakıda yol kənarında fahişələrin axşam bazarı (VİDEO)

16 Oktyabr 2025 04:40see154

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see146

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see142

Bu bürcün qadınları asan ram olmur

16 Oktyabr 2025 03:21see141

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see137

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see135

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see132

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see132

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see130

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see130

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see128

“Qqlobal savaş baçlaya bilər” ŞƏRH

16 Oktyabr 2025 14:56see126

Ən kinli insanlar bu qan qrupundan olurlar ARAŞDIRMA

16 Oktyabr 2025 04:05see125

Avropa ölkələrini də geridə qoymaq üzrəyik Sosioloq

16 Oktyabr 2025 06:24see124

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see124

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see122

Vətən müharibəsinin xronikası: 16 oktyabr VİDEO

16 Oktyabr 2025 08:01see120

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri