Fərid Osmanov: ICPC kimi yarışlar dünyanın ən parlaq beyinlərini bir araya gətirir və onların hər biri rəqəmsal gələcəyin qurucularıdır
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 4 sentyabr, AZƏRTAC
Əslində Bakıda keçirilən Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Olimpiadasının (ICPC) 49-cu dünya finalın bütün iştirakçıları artıq qalibdirlər. Çünki universitet komandalarının üzvü olmaq və bu mərhələyə qədər gəlib çıxmaq onların dünyanın ən istedadlı gəncləri sırasında olduğunu göstərir. ICPC təkcə yarış deyil, həm də bir yol, bir təcrübədir. Bu proses iştirakçılara yeni biliklər, dostluqlar və gələcək uğurlar üçün möhkəm bünövrə qazandırır. Ən əsası əməkdaşlıq, dostluq və bu gün Bakıda qazandığınız imkanlardır”.
AZƏRTAC xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov ICPC-nin 49-cu dünya finalının bağlanış mərasimində deyib.
F.Osmanov vurğulayıb ki, olimpiadanın Azərbaycanda keçirilməsi xüsusi önəm daşıyır. Onun sözlərinə görə, son illərdə Azərbaycanda rəqəmsal inkişaf, elektron xidmətlərin və müasir infrastrukturun qurulması istiqamətində mühüm addımlar atılıb.
Eyni zamanda F.Osmanov diqqətə çatdırıb ki, bütün bu nailiyyətlərin əsasında insan kapitalı dayanır. “Texnologiyanın və innovasiyanın mərkəzində məhz insan istedadı var. ICPC kimi yarışlar dünyanın ən parlaq beyinlərini bir araya gətirir və onların hər biri rəqəmsal gələcəyin qurucularıdır”, – deyə Fərid Osmanov əlavə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 04 Sentyabr 2025 23:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















