Icma.az
close
up
RU
Fərid Qayıbov: 2025ci ildə Avropa kuboku Bakıya qayıdacaq İdman və Biz

Fərid Qayıbov: 2025ci ildə Avropa kuboku Bakıya qayıdacaq İdman və Biz

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa Gimnastikasının (EG) prezidenti Fərid Qayıbov başa çatan ilin yekunları barədə danışıb.

İdman.biz xəbər verir ki, rəhbərlik etdiyi qurumun saytında ənənəvi “Prezidentin qeydləri” rubrikasında onun fikirləri yer alıb.

Qayıbov bildirib ki, 2024-cü il tədricən sona yaxınlaşdıqca, bu, bizə həm son 12 ayın bütün nailiyyətlərinə nəzər salmaq, həm də gələcəyə baxmaq imkanı verir.

Avropa Gimnastikasının bu il təqdim etdiyi yeniliklərdən biri də onlayn yarışlar olub.

EG prezidenti vurğulayıb ki, əvvəlcə yalnız kişilərin idman gimnastikasında bu yarışlar keçirilirdi, qarşıdan gələn həftəsonu qadın idman gimnastikası da ona qoşulacaq: "Birlikdə onlar hər alətdə qazanıla bilən hədiyyələrlə onlayn Milad kuboku keçirəcəklər. İnanıram ki, bu onlayn yarışlar idmançılarımıza stress, vaxt və əlavə səyahət xərcləri olmadan öz proqramlarını hazırlamağa və mükəmməlləşdirməyə kömək edə bilər. Əlbəttə ki, bəzi maliyyə faydaları əldə etmək daha bir böyük üstünlükdür. 2025-ci il üçün də xüsusi planımız var! Təfərrüatlar tezliklə açıqlanacaq”.

Qayıbov Bakıda keçirilən bədii gimnastika üzrə ilk Avropa kubokunun effektindən də danışıb.

“İdmançıların və tamaşaçıların çox bəyəndiyi başqa bir yenilik "Cross-Battles" yarışları idi. Bədii gimnastika bu maraqlı yeni formatdan ilk dəfə may ayında Bakıda keçirilən birinci Avropa kuboku zamanı istifadə edib. 2025-ci ildə yenidən Bakıya qayıdacağıq! Məqsədimiz daha çox növlər üzrə Avropa kuboku turnirləri keçirməkdir”, - deyə F. Qayıbov bildirib.

O, həmçinin qeyd edib ki, son həftələrdə planetin ən yaxşı və təcrübəli hakimləri həm Beynəlxalq Gimnastika Federasiyasının (FIG), həm də Avropa Gimnastikasının baş qərargahının yerləşdiyi, Olimpiya paytaxtı olan Lozannada (İsveçrə) toplaşıblar.

“2025-ci ilin əvvəlindən 2028-ci il Los-Ancelesdə keçiriləcək Oyunlara qədər növbəti olimpiya dövrü üçün kateqoriyaları müəyyən edən FIG-nin bütün növləri üzrə qitələrarası hakim kursları keçirilib. Vaxt və səylərinə görə hakimlərimizə ürəkdən təşəkkür edirəm və ümid edirəm ki, hər kəs istədiyi nəticəni əldə edib”, - deyə F. Qayıbov vurğulayıb.

O, əlavə edib ki, bu olimpiya tsiklinin başa çatması ilə bir neçə gimnast idman karyerasını başa vurduğunu açıqlayıb.

“Boryana Kaleyn (Bolqarıstan), İqor Radivilov (Ukrayna), Milena Baldassarri (İtaliya) və Filipa Martinş (Portuqaliya) kimi böyük adlar bizim, öz ölkələri, ictimaiyyətimiz və azarkeşlər üçün çox şey deməkdir. Bizi ruhlandıran bu idmançılara istər idman zalında, istərsə də ondan kənarda çıxacaqları yeni səyahətdə ürəkdən uğurlar arzulayıram”, - deyə F. Qayıbov fikirlərini yekunlaşdırıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 10 Dekabr 2024 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri