Icma.az
close
up
RU
Fərid Qayıbov bu foto ilə nə demək istəyir? Buna necə izah etmək olar, cənab nazir? (FOTO)

Fərid Qayıbov bu foto ilə nə demək istəyir? Buna necə izah etmək olar, cənab nazir? (FOTO)

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, bu gün Mariana Vasileva gənclər və idman naziri müavini vəzifəsindən azad edilib.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, adıçəkilən şəxsin bu postdan uzaqlaşdırılacağı gözlənilən idi.

Səbəb isə bəllidir. Məsələ burasındadır ki, dekabrın 31-də Gimnastika Etikası Fondunun (GEF) İntizam Komissiyası Azərbaycan Gimnastika Federasiyasını (AGF) Beynəlxalq Gimnastika Federasiyasının (FIG) himayəsi altında keçirilən tədbirlərdə iştirakdan 180 gün kənarlaşdırıb. Buna səbəb Azərbaycan milli komandasının sabiq baş məşqçisi, gənclər və idman nazirinin artıq keçmiş müavini Mariana Vasilevanın idmançılara qarşı fiziki zorakılıqda ittiham edilməsidir. Onun özü isə ömürlük diskvalifikasiya edilib. 

Marina xanımın ona görə vəzifəsindən uzaqlaşdırılması gözlənilən idi ki, ölkədə idmanın ciddi və sağlam şəkildə təbliğinə böyük önəm verən Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmişə nizam-intizamın ön sırada dayandığını dəfələrlə vurğulayıb. Məhz dövlət başçısının rəhbərliyi dönəmində idmana çox böyük diqqət və qayğı göstərilib. İdmançılarımızın beynəlxalq arenada uğurlu çıxışından sonra cənab Prezidentin şəxsən onlara zəng etməsi, onların həyat şəraitinin yaxşılaşdırılması üçün göstərişlər verməsi də bu qayğının bariz nümunəsidir. 

Qeyd olunan sahəni kurasiya edən şəxslərin də dövlət başçısının bu siyasətindən nümunə götürməsi vacibdir. Ancaq baş verən son olay Azərbaycan idman camiəsini təəssüfləndirməyə bilməz. 

Mariana xanımla yanaşı, gənclər və idman naziri Fərid Qayıbovun atdığı addım daha təəssüfləndiricidir. Belə ki, nazirin Mariana Vasilevanın işdən çıxarıldığı gün onunla selfisini paylaşması başadüşülən deyil.

Bu fotonu başqa necə izah etmək olar? Məsələn, biz gözləyirdik ki, sosial şəbəkələrdə aktiv olan cənab nazir, ən azından müavininin Azərbaycan idmanına baha başa gələn xoşagəlməz davranışına görə üzr istəyəcək. Amma əvəzində Fərid Qayıbov bu gün onun vətəndaş qəbulunda iştirakını təmin edib, nazirliyin dövlət səviyyəli tədbirinə aparıb. Görünür, Fərid Qayıbov Mariana xanımın işdən çıxarılmayacağına çox əmin imiş. Amma onun unutduğu bir şey var idi: Cənab Prezidentin qətiyyəti!

Fərid Qayıbov bu selfini paylaşmaq əvəzinə, nəzərə almalıydı ki, gənclər və idman naziridir. Xoşagəlməz davranışa məruz qalanlar isə Mariana xanım deyildi, gənclər və idmançılar idi...

***

Xəbər verdiyimiz kimi, Mariana Vasileva gənclər və idman naziri müavini vəzifəsindən azad edilib.

Məlumata görə, nazir Fərid Qayıbov işdən çıxarılan müavini ilə selfisini sosial şəbəkə hesabında paylaşıb.

Qayıbov sabiq müavini ilə fotosuna hər hansı şərhi verməyib.

Qeyd edək ki, Mariana Vasileva idmançılara qarşı çox kobud hərəkətlərdə ittiham edilirdi.

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://mia.az
archiveBu xəbər 24 Yanvar 2025 01:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see257

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see197

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see140

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see132

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see131

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see131

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see127

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see127

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri