Icma.az
close
up
RU
Bizim təyyarəmizin “quyruğu” “strateji müttəfiq”imizin simasıdır Fərid Şahbazlı yazır

Bizim təyyarəmizin “quyruğu” “strateji müttəfiq”imizin simasıdır Fərid Şahbazlı yazır

Icma.az, Yenicag saytına istinadən bildirir.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik əlaqələr 1992-ci il aprelin 4-də qurulub.

Əməkdaşlığın hüquqi əsasını 170-dən çox dövlətlərarası, hökumətlərarası və idarələrarası müqavilə və sazişlər, o cümlədən iqtisadi sahədə 50-yə yaxın saziş təşkil edir. Əsas sənədlər 1997-ci il 3 iyul tarixli Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Təhlükəsizlik Müqaviləsi və 3 iyul 2008-ci il tarixli Dostluq və Strateji Tərəfdaşlıq Bəyannaməsidir. 2022-ci il fevralın 22-də Moskvada aparılan danışıqların yekunu üzrə iki ölkənin liderləri İlham Əliyev və Vladimir Putin Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamə imzalayıblar. Sənəd, Rusiya və Azərbaycan tərəflərdən birinin təhlükəsizlik maraqlarına təhlükə yaranarsa, dərhal məsləhətləşmələrə hazırdır, milli maraqlara cavab verən və digər ölkələrə qarşı yönəlməyən hərbi-siyasi əməkdaşlığı inkişaf etdirmək, tərəflərdən birinə birbaşa və ya dolayı ziyan vuran hər hansı iqtisadi fəaliyyətdən çəkinmək, qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəni təşviq etmək və s.-i nəzərdə tutur.

Deməli, biz Rusiya ilə dost və strateji müttəfiqik. Deməli, biz hər zaman və hər şeydə bir-birimizə dəstək olmalıyıq.

Amma real müstəvidə nə baş verir?

Rusiya Ordusunun Hava Hücumundan Müdafiə Qüvvəlləri Azərbaycanın mülkü təyyarəsini vurur və xeyli sayda insanın ölümünə və yaralanmasına səbəb olur. Azərbaycan gözləyir. Gözləyir ki, Rusiya “səhv”ini etiraf edər və üzrxahlıq istəyər. Lakin əvəzində nə baş verir. Rusiya KİV-i və rəsmi dairələri bu faciə ilə yalan informasiya yaymaq, “kələfin ucu”nu it-bata salmaqla məşğul olur.

Bu zaman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəza ilə bağlı Rusiyanı işarə edən bəyanatı yayılır. Lakin Moskva yenə susur, yenə də cəfəng fikirlərlə hadisələrin inkişafını və beynəlxalq ictimaiyyətin diqqətini başqa səmtə yönəltməyə çalışır.

Bunun ardınca artıq İlham Əliyevin birbaşa Rusiyanı açıq şəkildə ittiham edən sərt bəyanatı gəlir. Bu bəyanatdan təkcə Rusiyanın özü deyil, bütün dünya şoka düşür. RF prezidenti dərhal Cənab İlham Əliyevə zəng vurur, üzr istəyir. Lakin bu üzr “Bəli, bunu biz etmişik, səhvən etmişik, bağışlayın” üzrü deyildi.

Moskva bununla bir daha vəziyyətdən sıyrılmaya, dünya qarşısında onsuzda hər ötən gün itirməyə davam etdiyi imicini maskalamağa çalışır.

Daha sonra Azərbaycan mediasına müsahibəsində Prezident İlham Əliyev növbəti dəfə AZAL təyyarəsinin vurulmasında Rusiyanı işarə edərək, rəsmi üzr və təzminat tələb etdi. Dünya praktikasında bu işlərin yönü-yöntəmi belədir.

Bundan sonra isə Kremlin sözçüsü Dmitri Peskov jurnalistin “Putin qəzaya uğrayan Azərbaycan təyyarəsi ilə bağlı bəyanat verəcəkmi” sualına, “yox” cavabını verdi.

Ardınca baş verənlər isə “strateji müttəfiq”imizin tarixən hər kəsə bəlli olan, amma bizə münasibətdə inanmaq istəmədiyimiz daha bir “keyfiyyət”ini növbəti dəfə üzə çıxardı. Sən demə, Bakıda mədəni layihələr həyata keçirmək, iki ölkə arasında dostluq körpüsünü möhkəmləndirmək üçün yaradılan “Rus evi” qanunsuz formada fəaliyyət göstərirmiş. Hələ bu azmış kimi, “strateji müttəfiq”imiz xoş niyyətimizdən istifadə edərək, bu “Rus evi”ni casus yuvasına, agentura şəbəkəsinə çevirərək, milli maraqlarımızı təhdid edirmiş…

Hazırda isə hüquqi dövlət olan Azərbaycan “Rus evi”ni qanuna uyğun olaraq qeydiyyatdan keçməyə dəvət etdiyi üçün Rusiyanın bütün “şər aparatı” ölkəmizi hədəf seçib. Azərbaycan şimal qonşumuzun olmazın təhqir, təhdid və hədələri ilə üz-üzədir.
Rusiyada yaşayan həmyerlilərimiz bu ölkə mediasının, hüquq-mühafizə orqanlarının hətta insanlıqdan kənar münasibəti ilə üzbəüz qalıb

Beləliklə, bununla “xoruzun quyruğu” (əslində təyyarənin quyruğu) və “strateji müttəfiq”imizin əsl siması görünməyə başladı.

Əslində bu “sima” təzə deyil, illərin, əsrlərin lənətindən, qarğışından sürtülmüş, döyülmüş olduqca tanış bir simadır – imperiya simasıdır. Rusiya tarixi boyu heç vaxt milli dövlət olmayıb və həmişə imperiya olub. Onların “millət” resepti belə bir formula ilə ifadə olunur: “Biz hamını rus elan edəcəyik, razı olmayan hər kəsi də cəzalandıracağıq”.

Bu ölkəni tarix boyu demokratik, sağlam düşüncəli rəhbərlər deyil, imperiya xülyaları ilə yaşayanlar idarə edib. Müasir Rusiya da belədir. O da öz milli layihəsi olmayan bir bir imperiyadır. Bu haqda nə vaxtsa heç düşünülməyib də…

Təsadüfi deyil ki, hazırda Qərbdə Rusiyanı “Şər imperiyası” deyə adlandırırlar. “Şər imperiyaları”nın çöküşü isə həmişə ağrılı olur. Bu mənada özünü “Üçüncü Roma”, “Bizansın varisi” adlandıran müasir Rusiyanın taleyinin də elə sələflərinin taleyi kimi olacağı, şübhə doğurmur…

P.S. “Müharibələr xəstə dövlətlərin dərmanıdır”, deyirlər. XX əsrin əvvəllərində Çar Rusiyasının çöküşü başlayanda imperiya siyasətçilərindən biri “İnqilabın qarşısını almaq üçün bizə kiçik, qalibiyyətli bir müharibə lazımdır” demişdi. Lakin o zamankı rus-yapon müharibəsində ruslar biabırçı məğlubiyyətə uğradılar. Allah Ukraynaya kömək olsun…

İndiki Rusiyanın öz qonşularına və hətta dostlarına qarşı aqresiyasına da bu prizmadan yanaşmaq lazımdır.

Allah bizi şər güclərin şərindən qorusun!

Fərid Şahbazlı
Siyasi şərhçi

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 11 Fevral 2025 02:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri