Icma.az
close
up
RU
Fərqli resurslarla seçkilərə gedənlər tanınır və KİMİN KİM OLDUĞU BƏLLİDİR TƏHLİL

Fərqli resurslarla seçkilərə gedənlər tanınır və KİMİN KİM OLDUĞU BƏLLİDİR TƏHLİL

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanın siyasi meydanı seçkilər ərəfəsində yenidən “qaynamağa” başlayıb və hadisələrin necə “istiqamət götürdüyü” qətiyyən diqqətdən yayınmır. Həmin ölkənin Milli Məclisinə növbəti seçkilərə bir neçə ay qalıb və artıq müşahidə edilənlər müvafiq məntiqi nəticələr üçün kifayət edir. Hal-hazırda belə, yəni, indidən artıq hansı siyasi qüvvənin hansı kapitalla, hansı potensialla, hansı resurslarla seçkilərə qatılacağından əminliklə danışmaq olar. Amma məsələ burasındadır ki, seçicilərin onlardan hansı nəticə gözləyə biləcəyi sual altındadır. Çünki erməni cəmiyyəti özü də artıq kimin kim olduğunu yaxşı bilir...

Diqqətə çatdıraq ki, Ermənistanda qarşıdan gələn seçkilərin kifayət qədər “maraqlı” olacağı gözlənilir. Ona görə ki, siyasi meydanın “köhnə oyunçuları” ilə yanaşı, bəzilərinin, daha dəqiq desək, çox real şansları olduğunu zənn edən yeni qüvvələrin də iştirak üçün “baryeri keçərək” müraciət edəcəyi də təkzib edilə bilməz. Bir sözlə, hələ bundan sonra kimlərin qatılacağı, yeni “fiqurların” da “peyda” olacağı elə erməni cəmiyyətinin özünə də bəllidir. Ən azından proqnozlar da kifayət qədər fərqlidir və haylar kimin kim olduğunu özləri belə daha dərindən tanımağa, bilməyə çalışırlar. Elə erməni cəmiyyətindəki xaos və qarışıqlıq da bu səbəbdən günü-gündən artmaqdadır...

Təbii ki, bir çox araşdırmalar, məsələn, sosial sorğular sayəsində başlanğıcda nə baş verdiyini, kimin və necə mövqe tutduğunu, yaxud tutacağını haylar özləri indidən müəyyən dərəcədə anlamağa çalışırlar. Artıq sosioloqlar “işə” də başlayıblar. Beləliklə, məlum olduğu kimi, son zamanlar “GALLUP” son sorğunun nəticələrini artıq dərc edib və dərc olunan nəticələr diqqəti xüsusilə cəlb edib. Diqqətə çatdıraq ki, bu sorğu zamanı vətəndaşlara məhz, “bu bazar günü seçki keçirilsəydi, onlar hansı siyasi qüvvəyə səs verərdilər”, sualı verilib. Sorğunun nəticələrinə görə, respondentlərin 17,3%-i “Vətəndaş Müqaviləsi” partiyasına, 13,4%-i Samvel Karapetyanın hələ yaranma mərhələsində olan partiyasına, 6,4%-i “Ermənistan” blokuna, 3,8%-i “Çiçəklənən Ermənistan” partiyasına, 3,4%-i “Ermənistan Respublika Partiyasına” səs verəcəyini bildirib. Həmçinin hazırda sorğuda iştirak edən vətəndaşların 2,5%-i həbsdə olan Vardan Qukasyanın “DOK” partiyasına, 1,1%-i Aram Sarkisyanın “Anrapetutyun” partiyasına, 1,1%-i “Daşnaksütyun” partiyasına səs verməyə hazır olduqlarını bildiriblər.

“Bu xəmir hələ çox su aparacaq”, zərb məsəlində deyildiyi kimi, hələ bundan sonra çoxlu sayda dəyişikliklər də, fərqli ssenarilər də gözləniləndir və ermənilər özləri də hesab edilər ki, seçkiyə qədər çox şey dəyişəcək. Bununla belə haylar iddia edirlər ki, bu gün əsas “favoritlər” artıq müəyyənləşib və bu göz qabağındadır. İddia olunur ki, gələcəkdə Milli Assambleyada təmsil olunmaq şansı olan Nikol Paşinyan, Samvel Karapetyan, Robert Koçaryan, Qaqik Tsarukyan və Serj Sarkisyanın rəhbərlik etdiyi partiyalar və alyanslardır. Göstərilən faiz nisbətlərinin qorunub saxlanması və ya dəyişdirilməsi artıq bu qüvvələrin qarşıdakı aylarda ictimaiyyətə hansı təkliflər, hansı kadr və ideyalar təqdim edəcəyindən asılıdır. Haylar hesab edirlər ki, proseslərə laqeydlik göstərən müxalifətə də, etibar edilməyən iqtidara da, bu və ya digər şəkildə seçkiyə gedəcək cəmiyyətə də hansı şəkildə həll yolları təklif olunmasından çox şey asılıdır. Ona görə də nə qədər məyusluq hissi ilə belə olsa da, bütün qüvvələr başa düşürlər ki, nəticə naminə elektoratı özünə cəlb etmək, ona inamı yenidən oyatmaq üzərində işləmək ən vacib şərtdir. Müəyyən bir istisnalarla məhz yalnız Samvel Karapetyanın formalaşmaqda olan qüvvəsi və digər dördünün, demək olar ki, illərlə onlara səs verən loyal elektoratı var. Bu isə o deməkdir ki, həmin qüvvələr, məsələn, əvvəllər Paşinyana səs vermişlər Ermənistanın taleyində son dönüş nöqtələrinə görə bu dəfə mütləq şəkildə öz səslərini hakimiyyətdə olan partiyaya verməyəcəklər. Ona görə də qarşıdan gələn aylar haylar üçün, bütövlükdə erməni cəmiyyəti üçün, Ermənistan üçün ciddi sınaq hesab olunur.

Maraqlıdır ki, bəs, Ermənistandakı həmin bu sadalanan qüvvələr qarşıdan gələn seçkilərlə bağlı özləri nə fikirdədirlər? Yəni, görəsən, özləri hansı qənaətdədirlər? Bu məqamda diqqətə çatdırmaq yerinə düşərdi ki, son illər xüsusi fəallıq göstərməyən Çiçəklənən Ermənistan Partiyası hansı formatda iştirak edəcəyini hələ dəqiq açıqlamayıb, amma o, həmin partiyanın lideri Qaqik Tsarukyan müsahibələrinin birində bu ehtimalı qətiyyən inkar etməyib. “Əgər 2026-cı il seçkilərində iştirak etmək qərarına gəlinsə, o, hamının səsinin eşidiləcəyi “Ermənistanın təklifi” platforması ilə gedəcək”, deyə Tsarukyan bildirib və əslində, mövqeyini göstərmiş olub. Yəqin ki, məhz onun kimi digərləri də öz mövqelərini yaxın zamanda göstərməli olacaqlar və hər halda buna məcbur olduqlarını özləri daha yaxşı başa düşürlər...

Yeri gəlmişkən, nəzərə çatdıraq ki, Tsarukyan bəlkə də yeganə siyasi qüvvədir ki, bu illər ərzində regionlarda bütün ofislərini qoruyub saxlayıb və buna görə də seçiciləri ilə, vətəndaşlarla daim əlaqə yarada bilir. Digər partiyalar isə hazırda fəal şəkildə ofis axtarışı və insanları cəlb etməklə məşğuldurlar və bu baxımdan da bəlli olur ki, bu mənada Qaqik öz “rəqiblərindən” bir neçə addım öndədir. Ona görə də ehtimal etmək olar ki, Tsarukyanın siyasi qüvvəsi qarşıdan gələn seçkilərə köhnə partiya kimi gedəcək.

Ermənistan Respublikaçılar Partiyasına gəlincə, son mətbuat konfransında sədr müavini Armen Aşotyan bildirib ki, seçkilər haqqında danışmaq hələ tezdir. O, belə bir fikir bildirsə də, son günlərdə məlum olduğuna görə, ilin sonuna qədər qurultay çağırılacağı və ola bilsin ki, öz qərarını açıqlayacağı barədə xəbərlər artıq erməni cəmiyyətində yayılıb. İkinci prezident olan Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku ilə bağlı isə hələ ki, hansısa bir “aydınlıq” yoxdur. Əvvəla ona görə ki, “Daşnaksütyun”un blokda qalmaqda davam edib-etməyəcəyi barədə qərar belə məlum deyil. Digər tərəfdən onun seçkilərdə iştirak üçün ayrıca ərizə verib-verməyəcəyi də, bu dəfə hansı qüvvənin Köçəryanın əsas platforması olacağı da hələlik aydın görünmür. Yəni, demək olar ki, bir qədər müəmmalı sayılır.

Bir daha təkrarən diqqətə çatdıraq ki, sorğuların nəticələrinə əsasən açıqlanan rəqəmlərin reallığa nə qədər yaxın olduğunu söyləmək hələ tezdir və elə erməni cəmiyyəti də belə hesab edir. Bununla belə, bəli, “əsas aktyorların” kimlər olduğu və ya olacağı da artıq çoxdan bilinir. Ən azından elə erməni cəmiyyəti başda olmaqla, bütün dünya ictimaiyyəti belə kimin kim olduğunu yaxşı bilir. Sadalanılan qüvvələrin də, onların liderlərinin də “kim olduğu” çoxdan bəllidir. Hər halda, illərlə hakimiyyət kürsüsündə oturaraq, yalnız uyğusuz siyasət yürüdənləri tanımaq üçün həmin illər kifayət edib və bu gün həqiqətən də, hansı manipulyasiyalar etməsindən, hansı şəkildə özünü “fərqli formalara salmasından”, eləcə də hansı resurslarla seçkilərə getməsindən asılı olmayaraq, kimin kim olduğunu hamı yaxşı bilir və hər kəs yaxşı tanınır...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Sentyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see359

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see219

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see199

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see167

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see165

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see160

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see160

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see151

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see150

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see145

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see142

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see142

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see141

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see141

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri