Icma.az
close
up
RU
Fevral ayında rasiona əlavə edilməli olan QİDALAR

Fevral ayında rasiona əlavə edilməli olan QİDALAR

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müəyyən qidalar fevral ayında sürətlə yayılan virusların və zökəmin qarşısını almağa, sağlamlığınızı qorumağa kömək edir. 
Bizim.Media xəbər verir ki, Rospotrebnadzorun CMD Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun Molekulyar Diaqnostika Mərkəzinin eksperti Yekaterina Bliznina həmin qidalar barədə ətraflı məlumat verib.
O qeyd edib ki, fevral ayı insan sağlamlığı üçün olduqca ağır aydır. Belə ki, bu vaxta qədər insanlar artıq soyuq, külək, temperaturun dəyişməsi və günəş işığının olmaması ilə qarşılaşırlar. Belə dəyişkın havalarda bədənin immun sistemini qorumaq üçün düzgün qidalanmaq çox vacibdir. Mütəxəssis insanlara mövsümi və sağlam məhsullar seçməyi məsləhət görür. Bunun bir neçə səbəbi var.
Beləliklə, orqanizmimiz üçün qış aylarında “askorbin turşusu” qəbulu xüsusilə zəruridir. Bu, immun sisteminin və fermentlərin yaxşı işləməsi, həmçinin kollagen sintezi üçün lazımdır.
Vitamin C immun sisteminin zəifləməsinə imkan vermir, kapilyarların keçiriciliyinə təsir göstərir, güclü antioksidant təsir göstərir və maddələr mübadiləsi və həzm sisteminin işləməsi üçün faydalıdır.
İndiki vaxtda askorbin turşusu əsasın toz halın olub, suya qatılaraq içilir. Həmçinin C vitamini balansını qorumaq üçün yeməklərə itburnu, razyana istifadə etmək məsləhət görülür. 
Fevralda yayılan viruslardan qorunmaq üçün meyvə və giləmeyvələr də faydalıdır - məsələn, xurma, kivi, sitrus meyvələri və s. Bundan əlavə, C vitamini brokoli, duzlu kələm, bişmiş kartof və qırmızı bibərin tərkibində də var.
Mövsümi viruslarla mübarizədə  A vitamini ilə zəngin qidalar da çox effektivdir.  A vitamini immuniteti, görmə qabiliyyətini, dəri sağlamlığını, buynuz qişanın və selikli qişaların normal vəziyyətini qorumaq üçün lazımdır. Bundan əlavə, bu vitamin orqanizmə antioksidant təsir göstərir, hormonların sintezində iştirak edir və müxtəlif orqan və sistemlərin funksional fəaliyyətini təşviq edir.
A vitamini əsasən, süd məhsulları, mal ətində və içalatında, yumurta, balıq, yerkökü, balqabaq, ispanaq, şirin kartof, pomidor, bibər, paxlalılar və qoz-fındıqda var.
Bundan əlavə, yaz ərəfəsində orqanizmi təmizləmək lazımdır, ona görə də toksinləri və metabolik məhsulları çıxaracaq, bağırsaq mikroflorasını dəstəkləyəcək, mədə-bağırsaq traktının normal fəaliyyətini təmin edəcək qidalar qəbul etmək lazımdır. Bütün bunlar bədənin həzm etmədiyi lif - bitki pəhriz lifləri ilə edilə bilər. Fevral ayında onları kəpək, taxıl, alma qurusu, kişmiş, ərik qurusu, kələm, lobya, qarabaşaq yarması, kərəviz, göyərti, avokado və püstədən almaq olar.
 

Həmçinin qışın sonunda metabolik proseslərdə və enerji istehsalında iştirak edən B vitaminlərinə ehtiyacımız var. Bu maddələr orqanizmi hər gün işlək vəziyyətdə saxlayır. B vitaminləri immunitet və sinir sistemlərinə, ürəyin fəaliyyətinə kömək edir, əzələ tonusunu qoruyur. Bu vitaminlər yağsız ət, qaraciyər, balıq, dənli bitkilər, yaşıl tərəvəzlər, paxlalılar, qoz-fındıq, toxum, düyü, yumurta və narda olur.


Çox vaxt sağlamlığı qorumaq üçün insanlar həb şəklində vitaminlər almağa başlayırlar. Ancaq həkimlər bunu etməzdən əvvəl analizlər verməyi məsləhət görürlər. Unutmayın ki, vitaminlərin həddindən artıq qəbulu sağlamlığınıza zərər verə bilər. 
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Fevral 2025 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

28 Sentyabr 2026 19:33see147

Bakıda artan kreditin nəticəsi TIXAC

28 Sentyabr 2026 16:17see147

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see147

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri