“Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam” Fotolar
Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.
Xalq artisti Mənsum İbrahimovun doğum günüdür.
Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib.
İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:
“Deyirlər ki, oğul ailənin düşmən çəpəridir. Lakin o çəpəri daha da möhkəm və sarsılmaz edən ailənin ulu və köklü çinarı olan əziz və dəyərli atam, yeni yaşında sənə uzun ömür, möhkəm can sağlığı, işlərində bol uğur və müvəffəqiyyətlər arzulayıram.
İstər oturuşunla, istər duruşunla, həm sənət aləmində, həm də şəxsi həyatında hər zaman insanların hörmət və rəğbətini qazanmısan. Sənin qazandığın hörmət və etimad mənim üçün də böyük qürur mənbəyidir. Sən hər şeyin ən yaxşısına və ən gözəlinə layiqsən. Mən fəxr edirəm ki, sənin kimi sözübütöv və mərd kişinin oğluyam. Doğum günün mübarək olsun, əziz atam! Allah səni başımızın üstündən əskik etməsin”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 01 Oktyabr 2026 09:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















