Fəzail Ağamalı məhkəməyə verildi AVP də növbəti QALMAQAL
Icma.az, Bakupost saytına istinadən bildirir.
Ana Vətən Partiyasının (AVP) sıralarından xaric edilən bir qrup rayon təşkilatlarının sədrləri sədr Fəzail Ağamalını məhkəməyə veriblər.
Bakupost.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Fəzail Ağamalının oğlu Elçin Ağamalı deyib.
O bildirib ki, ötən il partiyanın qalmaqallı qurultayından sonra Ədliyyə Nazirliyinə müraciət etsələr də, qurum məsələni mübahisəli hesab edib və müsbət cavab verməyib:
"Rayon təşkilatlarının sədrləri Nərimanov Rayon Məhkəməsinə partiyadan qanunsuz çıxarılmalarına, eyni zamanda, qurultayla bağlı məhkəməyə müraciət ediblər. Ötən il qurultaydan sonra mənim namizədliyimi dəstəkləyən rayon (şəhər) təşkilatlarının sədrlərinə qarşı təqib prosesi başlayıb və onlar əsassız iddialarla və bir çox hallarda isə heç bir səbəb göstərilmədən partiya sıralarından və vəzifələrindən xaric olunublar. Bu isə partiyanın mövcud yerli təşkilatlarının dörddəüçü deməkdir. Qərarlar qeyri-legitim partiya strukturlarının adından verilib və öz ardından daha çox sayda qanunsuz qərarların qəbul olunması ilə nəticələnib".
E.Ağamalı vurğulayıb ki, partiya daxilində gizli qurultay keçirilib.
Xatırladaq ki, ötən il oktyabrın 25-də qalmaqallı qurultayda AVP-nin sədri Fəzail Ağamalının qızı, deputat Günay Ağamalı, oğlu Elçin Ağamalı və daha iki nəfər partiya sədri postuna iddialı olub. Günay Ağamalının namizədliyini irəli sürmüş Fəzail Ağamalı Elçin Ağamalının qurultayın işini pozmaq istədiyini və yaranmış vəziyyətdə qurultay nümayəndələrinin özünün növbəti qurultaya qədər sədr postunda qalmasını dəstəklədiklərini bildirib. Elçin Ağamalı isə 155 qurultay nümayəndəsinin 100-dən çoxunun səsi ilə sədr seçildiyini iddia edib. Yaranan qalmaqal fonunda Fəzail Ağamalı növbədənkənar qurultayın təxirə salındığını açıqlayıb. Noyabrın 3-də Elçin Ağamalı oktyabrın 25-də keçirilən növbədənkənar qurultay ilə bağlı sənədlərin Ədliyyə Nazirliyinə təqdim edildiyini açıqlamışdı.
Baxış sayı:53
Bu xəbər 24 Yanvar 2026 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















