Icma.az
close
up
RU
FHN in Dövlət Yanğın Nəzarəti Xidməti monitorinqlər keçirib FOTO

FHN in Dövlət Yanğın Nəzarəti Xidməti monitorinqlər keçirib FOTO

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı şəhəri, Xətai rayonunda Mikayıl Müşfiq və Orxan İsmayılov küçələrinin kəsişməsində təhlükə potensiallı obyektlərin siyahısına daxil olan, o cümlədən təyinatına görə yanğın-partlayış təhlükəli obyekt hesab olunan neft emalı müəssisəsinin, eyni zamanda yaxınlıqdan keçən enerjili daşıyıcıları nəql edən boruların, xətlərin, yaşayış evlərinin yanğın təhlükəsizliyinin etibarlı təmin olunması məqsədilə Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən müvafiq monitorinq işləri həyata keçirilib.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Cəmil Xudiyev deyib.

O bildirib ki, monitorinq zamanı həmin obyektin yaxınlığında məişət, sənaye tullantıları, quru ot, kol-kos aşkar edilib: “Mövcud vəziyyət yanğın riskini ciddi yanğın təhlükəsi riskini formalaşdırdığı üçün yerli icra hakimiyyəti orqanları ilə birlikdə qarşılıqlı fəaliyyət çərçivəsində nazirliyin yanğın təhlükəsizliyi xidməti ilə bağlı bu gün zəruri tədbirlər görülür".

Monitorinq zamanı yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyət çərçivəsində təmizlik işləri aparılıb, o cümlədən ərazi məişət və istehsalat tullantılarından, qamışlıq və otlardan təmizlənib, gələcəkdə sözügedən ərazidə yanğınların baş verməməsi üçün müvafiq tədbirlər həyata keçirilib.

Qeyd edək ki, bu gün FHN tərəfindən "Təhlükə potensiallı bina və qurğuların təhlükəsiz istismar edilməsi, o cümlədən əhalinin həyat və sağlamlığının, eləcə də yaşayış evlərinin yanğın təhlükəsizliyinin etibarlılığının təmin edilməsi" mövzusunda media-tur keçirilib.

Media-tur çərçivəsində jurnalistlər təhlükə potensiallı obyektlərin, eləcə də həmin obyektlərin yerləşdiyi ərazilərin yaxınlığındakı yaşayış evlərinin yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi məqsədilə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılan monitorinq prosesini izləyiblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://apa.az
archiveBu xəbər 01 May 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri