Icma.az
close
up
RU
Köhnə tikililərdə kifayət qədər asbest tərkibli materiallar var və bu tikililərdə yaşayanların sağlamlığı risk altındadır

Köhnə tikililərdə kifayət qədər asbest tərkibli materiallar var və bu tikililərdə yaşayanların sağlamlığı risk altındadır

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda asbestin istifadəsi qadağan ediləcək. Bizimyol.info xəbər verir ki, bununla bağlı “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna dəyişiklik təklif edilib. Dəyişiklik layihəsi Milli Məclisin 26 dekabr tarixində keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib. Layihədə qeyd olunur ki, asbest uzun illər sement, kimya, izolyasiya, kağız sənayesi və tikinti sahəsində geniş istifadə olunan mineral tərkibli materialdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycana 2023-cü ildə 591 ton asbest və 30 238 ton asbest tərkibli materiallar, 2024-cü ildə isə 1 045 ton asbest və 27 634 ton belə material idxal edilib.Asbest tərkibli dam örtükləri (şifer) ölkə üzrə ümumi dam örtüyünün 29 faizini təşkil edir və 1 90 milyon m² sahəni əhatə edir. Hazırda şiferin dam örtüyü bazarındakı payı 15-20 faizdir. Beynəlxalq təcrübə nəzərə alınaraq, asbest və onunla əlaqəli məhsulların mülki dövriyyədən çıxarılması təklif edilir. Qanun qəbul olunarsa, 2027-ci il iyulun 1-dən qüvvəyə minəcək.Asbestin səbəb olduğu xəstəliklər Azərbaycanda nə dərəcədə yayılıb və risk altında olan əhali qrupu kimlərdir?Əhalinin bu maddənin zərəri barədə maarifləndirilməsi üçün hansı tədbirlər görülür?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına professor, Azərbaycan Tibb Universitetinin Pulmonologiya şöbəsinin müdiri, pulmanoloq Əlizamin Sadıqov bildirib ki, xüsusilə siqaret çəkən insanlarda bu risk daha da yüksəlir: “Azərbaycanda asbestlə əlaqəli xəstəliklərin yayılması ilə bağlı hər hansı epidemioloji tədqiqat aparılmayıb və məlumat mövcud deyil. Lakin tibbi təcrübədə biz aşağıdakı xəstəliklərlə rastlaşırıq:

Mezotelioma – Asbestin təsiri nəticəsində yaranan plevranın birincili xərçəngidir.Asbestoz – Asbest tozlarının ağciyərlərə daxil olması nəticəsində inkişaf edən peşə toz xəstəliyidir. Bu, interstisial (toxuma) xəstəliklər qrupuna daxildir və ciddi tənəffüs problemlərinə səbəb olur.Ağciyər xərçəngi – Asbest təsiri nəticəsində yaranma riski artır, xüsusilə siqaret çəkən insanlarda bu risk daha da yüksəlir və xəstəlik daha erkən inkişaf edə bilər.Plevral anomaliyalar və plevrada maye toplanması – Bu hallar xərçəng qədər ağır olmasa da, davamlı asbest təsiri olduqda xərçəngə çevrilmə ehtimalı artır.

Adətən asbestlə əlaqəli xəstəliklərin yaranması üçün uzunmüddətli təsir tələb olunur. Bu müddət 20 ilə 50 il arasında dəyişə bilər”.

professor, pulmanoloq Əlizamin Sadıqov

Əlizamin Sadıqov vurğulayıb ki, köhnə tikililərdə yaşayanlar da risk altındadır, çünki bu evlərdə kifayət qədər asbest tərkibli materiallar var: “Maarifləndirmə məsələsinə gəldikdə təəssüf ki, bu sahədə yetərincə məlumatlandırma işi aparılmır – nə cəmiyyət arasında, nə də sement, şifer sənayesində çalışanlar və digər risk qrupuna daxil olan işçilər arasında. Qoruyucu tədbirlərə əməl olunması ilə bağlı tövsiyələr də kifayət qədər tətbiq edilmir. Digər tərəfdən, köhnə tikililərdə yaşayanlar da risk altındadır, çünki bu evlərdə kifayət qədər asbest tərkibli materiallar var və zamanla onların zədələnməsi insan sağlamlığı üçün təhlükə yaradır”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 Dekabr 2025 21:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri