Sonuncu islahat 2016 cı ildə olmuşdu, 2026 cı il Şəhərsalma və Memarlıq İli ndə yeni islahatlar gözlənilir
Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 2026-cı ildə bir sıra tədbirlər keçiriləcək, amma bu tədbirlərin nə kimi təsirləri olacağı daha maraqlıdır. Ekspertin fikrincə, hazırda Azərbaycanı dünyanın şəhərsalma və memarlıq tərəqqisindən dəyərləndirsək, Azərbaycan dünyanın öndə gedən 10 ölkəsindən biridir ki, burada böyük həcmli inşaat və quruculuq işləri gedib.
Elnur Azadov
“Bakı şəhəri, onun bulvarı, həm qədim arxitekturası, həm bəzi ərazilərdə olan qeyri adi müasir arxitekturası və s. Bakı şəhəri son 20 il ərzində ciddi dəyişikliyə məruz qalıb.
Digər mühim məsələ, işğaldan azad olunmuş ərazilərdə çox böyük həcmdə quruculuq işlərinin aparılmasıdır. Yəni dünyanın öndə gedən ölkələrindən biriyik ki, bizdə çox böyük həcmdə yeni şəhərlər salınır. Çox güman ki, dünya miqyasında bunu göstəririk. Azərbaycanda bu mövzuda forum keçirməyə hazırlaşırıq”-deyən ekspert qeyd edib ki, bunun da yaxşı tərəfləri var.
Elnur Azadovun fikrincə, məcburi köçkünlər və qaçqınlar öz doğma torpaqlarına qayıdacaqlar, onların vaxtilə itirilmiş hüquqları da bərpa edilir, bu da şəhərlərdəki əhali sıxlığının nizamlanmasına müsbət təsir göstərir.
“Digər bir məsələ milli arxitektura, inşaat sahəsində aparılacaq işlər və nə kimi islahatların gözlənilməsi ilə bağlıdır. Maraqlıdır ki, istehlakçılar nə ilə qarşılaşacaqlar. Qeyd edək ki, sonuncu ciddi islahat 2016-cı ildə olmuşdu”-deyə ekspert bildirib.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 24 Dekabr 2025 21:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















