Icma.az
close
up
RU
FHN rəsmisi: Teleqüllə yaxınlığındakı sürüşmə zonasında təhlükəyə qarşı qabaqlayıcı tədbirlər daimi xarakter daşıyır

FHN rəsmisi: Teleqüllə yaxınlığındakı sürüşmə zonasında təhlükəyə qarşı qabaqlayıcı tədbirlər daimi xarakter daşıyır

Icma.az bildirir, Report.az portalına istinadən.

Bakıda mövcud olan bir neçə sürüşmə zonası, eləcə də teleqüllənin də yaxınlığında yerləşdiyi Bayıl yamacında təhlükəyə qarşı qabaqlayıcı tədbirlər daimi xarakter daşıyır.

Bunu “Report”a müsahibəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin sədr müavini Elxan Əsədov deyib.

O bildirib ki, Bakıda bir neçə belə sürüşmə zonası mövcuddur:

“Suraxanı rayonunun Zığ massivində, Xətai rayonun Gəncə prospektində, həmçinin Səbail rayonunda bir neçə sürüşmə zonaları var. Biz bu ərazilərdə qabaqlayıcı tədbirlər görürük. Bayıl zonasında və Alov qüllələri ətrafında həm layihə işlərini həyata keçirir, həm də orada sifarişçi funksiyasını yerinə yetiririk. Bu ərazilərdə təhlükəyə qarşı qabaqlayıcı tədbirlər daimi xarakter daşıyır, orada görüləcək işlər çoxdur”.

Elxan Əsədovun sözlərinə görə, sürüşmə zonasına əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi getməli, müvafiq rəy verməlidir. O deyib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi yalnız binaya baxıb rəy verə bilir.

“Geoloqlar torpağın altında hansı proseslərin getdiyini müəyyən edərək müvafiq rəy verirlər. Onların rəyi əsasında biz bu proseslərin qarşısının alınması üçün hansı tədbirləri görəcəyimizi müəyyən edirik. Görülən tədbir kifayət etməzsə, təxliyə işləri həyata keçirilməlidir. Əgər, görülən tədbir kifayət edərsə, oraya qoyulacaq xərc hesablanır. Hadisə baş verəcəyi halda dəyən zərərin qoyulacaq xərcdən çox olacağı müəyyən edilərsə, biz müvafiq rəy veririk, dövlət bunun əsasında o işlərin görülməsi üçün maliyyə ayırır”, - o bildirib.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://report.az
archiveBu xəbər 10 Fevral 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see276

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see264

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see233

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see157

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see149

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see140

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see134

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see133

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see128

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see127

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see127

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see124

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see122

Neymar və het trik

04 Dekabr 2025 09:17see122

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see122

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see121

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see121

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri