Xocalıda teleqüllə inşa olunacaq
Manset saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xocalı rayonun inzibati ərazisində televiziya qülləsi (teleqüllə) inşa olunacaq.
Manset.az xəbər verir ki, bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.
Belə ki, “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi rayonda bina və qülləsinin tikintisi işlərinə başlayır.
İstehsalat Birliyi teleqüllənin inşası işlərini “Körpü-Bina-Tikinti" MMC-yə həvalə edib və onunla 18,4 milyon manat dəyərində müqavilə bağlayıb.
Qeyd edək ki, Xocalı rayonunda teleqüllənin inşası işlərini həyata keçirəcək “Körpü-Bina-Tikinti" MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 min manat olan şirkətin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur.
Baxış sayı:99
Bu xəbər 25 Dekabr 2024 19:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















