FHN: Sumqayıtda taxta tullantıları yığılmış sahədə baş verən yanğının evə keçməsinin qarşıs alınıb AZƏRTAC
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 8 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Yaşıl dərə yaşayış massivində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində fərdi yaşayış evinə bilavasitə bitişik taxta tullantıları yığılmış sahədə baş vermiş yanğın evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 10 kv.m. sahədə taxta tullantıları yanıb. Fərdi yaşayış evi yanğından mühafizə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:371
Bu xəbər 08 Yanvar 2025 00:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















