Icma.az
close
up
RU
Fialə Abdullayeva: Azərbaycan dilini və mədəniyyətini Amerikada tanıtmaq mənim üçün böyük fəxr və məsuliyyət demək idi

Fialə Abdullayeva: Azərbaycan dilini və mədəniyyətini Amerikada tanıtmaq mənim üçün böyük fəxr və məsuliyyət demək idi

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

"Azərbaycan Dillər Universitetinin (ADU) dosenti, filologiya üzrə fəlsəfə doktoru Fialə Abdullayeva ABŞ-nin İndiana Universitetinin dəvətilə 2025-ci ilin 20 may tarixindən etibarən iki aylıq müddətə həmin universitetin Yay Dil Məktəbində Azərbaycan dilinin ilkin səviyyəsini tədris etmək məqsədilə bu ölkəyə ezam olunub. Ezamiyyətin əsas məqsədi amerikalı tələbələrə Azərbaycan dilinin ilkin səviyyəsini öyrətməklə yanaşı, Azərbaycan mədəniyyətini təqdim etmək olub.

Fialə Abdullayeva ilə Amerika səfəri və İndiana Universitetindəki fəaliyyəti barədə müsahibəmizi təqdim edirik.

- Fialə xanım, İndiana Universitetində əsas fəaliyyətiniz nədən ibarət idi?

- Hər şeydən öncə, onu qeyd etmək istərdim ki, dünyanın təxminən 80-ə yaxın dilinin tədris edildiyi İndiana Universitetinə dəvət almaq bir dil mütəxəssisi kimi mənim üçün həmişə şərəf və hədsiz dərəcədə böyük məsuliyyət demək olub. Bu universitet tədris ili ərzində tələbələrə ən çox tələb olunan rus, ərəb, Çin dilləri ilə yanaşı, fin, macar, rumın, çex, yapon, türk dillərindən tutmuş Svahili dilinə qədər müxtəlif struktura malik dilləri öyrənmək imkanı yaradır. Azərbaycan dilinin ilkin səviyyəsini mənimsəmək üçün amerikalı tələbələrə belə bir şərait adətən Yay Dil Məktəbində təşkil edilir. Bu yay da Azərbaycan dilini öyrənmək üçün təklifi dəyərləndirən tələbələrin qənaətbəxş sayı və əvvəlki müsbət təcrübəmiz əsasında may ayının son ongünlüyündən başlayaraq səkkiz həftə ərzində dilimizi böyük həvəs və maraqla öyrənməyə can atan bir qrup amerikalı tələbələrlə intensiv onlayn dərslərimiz uğurla baş tutdu. Azərbaycan dilinin incəliklərini məhz Azərbaycan mədəniyyətini, həyat tərzini əks etdirən nümunələr əsasında öyrətməyə çalışdım. Azərbaycan dili ilə yanaşı, ölkəmiz, xalqımız və mədəniyyətimiz haqqında tələbələrin təsəvvürünün genişlənməsi üçün dərslərdən əlavə, müxtəlif mövzularda mədəni tədbirlər də təşkil edildi.

- Bu mədəni proqram çərçivəsində nələri həyata keçirdiniz?

- Səkkiz həftə ərzində, həftədə bir dəfə olmaq şərtilə tələbələrə azərbaycanlıların dünya müstəvisində yeri və rolu, milli dəyərlərimiz, mətbəximiz, kino və musiqimiz, ölkəmizdə idmana maraq və dövlət qayğısı, ən önəmli hadisə ilə bağlı hər təqvim ilinə uzaqgörən ölkə başçımız və dövlətimiz tərəfindən verilən ad və əlaqədar tədbirlər, həmçinin bir Azərbaycan ailəsi ilə tanışlıq kimi səkkiz mövzuda təqdimatlar təşkil etdim. Mədəni tədbirlərimiz universitet ictimaiyyətinə açıq idi. Onu da xüsusi qeyd etmək istərdim ki, builki təqdimatlarda Azərbaycan musiqisi, kinomuz və dünya azərbaycanlıları haqqında İndiana Universitetinin müəllimi Şahyar Daneşqarla tələbələrin görüşləri onların rəylərində də ayrıca dəyərləndirilib. Bakı ilə Bluminqton şəhərləri arasındakı 8 saatlıq zaman fərqinə baxmayaraq, dərsdən sonra Bakı vaxtı ilə axşam saatlarında gənc azərbaycanlı ailəsi ilə, ailədəki uşaqla tələbələrin səmimi söhbəti də xüsusilə yaddaqalan oldu.

- Ezamiyyət zamanı başqa hansı tədbirlərdə iştirak etdiniz?

- Yay Dil Məktəbinin xarici dillərin tədrisi ilə bağlı müzakirə və təqdimatlarında iştirak etdim. Bir sıra muzeylərdə Amerika tarixi ilə bağlı, eləcə də Avropa, Asiya və Afrika incəsənətinə aid eksponatlarla tanış oldum. Eyni zamanda, İndiana Universitetində xarici dillərin tədrisinin 75 illik yubileyinə həsr olunmuş musiqili-mədəni tədbirdə iştirak etdim. "İpək Yolu" ansamblının ifasında İndiana Universitetində tədris olunan müxtəlif dillərdə səslənən mahnılar arasında tədbirə yekun vuran "Göygöl" mahnısını eşitməkdən qeyri-adi bir qürur duydum.

- Sizcə, təhsillə, mədəniyyətlə bağlı bu səfərin ən önəmli yekunu nə oldu?

- İndiana Universitetində Azərbaycan dilinin tədrisinə hələ ötən əsrin 80-ci illərindən başlanıb. Azərbaycan Dillər Universiteti (ADU) ilə İndiana Universiteti arasında elm, mədəniyyət və təhsil sahəsində əməkdaşlıq isə bu əsrin ilk onilliyindən etibarən ADU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru dosent Jalə Qəribovanın gərgin zəhməti sayəsində qurulub. Məhz o zamanlar biz, ADU-nun dil müəllimləri olaraq İndiana Universiteti ilə ilk dəfə 2008-ci ildə əməkdaşlıq etmişik. Həmin illərdən bəri Azərbaycan dili üzrə aparıcı mütəxəssisimiz dosent Səbinə Əliyeva ilə əməkdaşlıqda ADU-da həyata keçirilən layihələr çərçivəsində amerikalı tələbələrə dilin müxtəlif aspektləri üzrə dərslər keçmişik. 2019-cu ildən bəri isə İndiana Universitetindən gələn dəvət əsasında həmin universitetdə ənənəvi, hibrid və ya onlayn formatda Azərbaycan dilinin tədrisi hörmətli rektorumuz, akademik Kamal Abdullayevin xarici ölkələrdə Azərbaycan dilinin tədrisinə və Azərbaycan mədəniyyətinin təbliğinə verdiyi önəmlə, o cümlədən ADU-nun təhsil sahəsindəki beynəlxalq siyasətilə həmahəng irəliləyib. Məhz builki məhsuldar fəaliyyətimizin də əsas yekunu ABŞ-də Azərbaycan dilinin tədrisini davam etdirmək, dilimizi və mədəniyyətimizi öyrənmək istəyənlərə ən ümdə dəyərlərimizi imkan daxilində təqdim etmək, həmçinin Azərbaycan Dillər Universiteti ilə İndiana Universiteti arasında elm və təhsil sahəsində əməkdaşlığın davamlılığını qoruyub saxlamaq olub.

Qeyd edək ki, dosent Fialə Bəylər qızı Abdullayeva ötən əsrin 90-cı illərindən bəri universitetimizdə fəaliyyət göstərir, bu illər ərzində dilçi və tərcüməçi hazırlığında yaxından iştirak edib, dərslik və dərs vəsaitlərinin müəllifi və həmmüəllifi olmaqla yanaşı, həm də Azərbaycan dilindən ingilis dilinə 20-dən çox ciddi əsərin tərcüməsi ilə məşğul olub. O, ADU-da bir sıra beynəlxalq layihələrdə də böyük həvəslə əməkdaşlıq edib. Dosent Fialə Abdullayevanın ünvanına ABŞ-nin İndiana Universitetindən 2025-ci ilin 8 avqust tarixində göndərilmiş təbrik və təşəkkür məktubunun məzmunu, eləcə də Yay Dil Məktəbinin direktoru K.Evansın imzası ilə sertifikat, amerikalı tələbələrin rəylərini əks etdirən dəyərləndirmə sənədi bir daha göstərir ki, onun 2025-ci ilin yayında İndiana Universitetindəki fəaliyyəti ADU-nun qlobal təhsil mühitində nüfuzunun artırılmasına xidmət edib.

Şəhla ƏHMƏDOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Avqust 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see294

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see292

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see252

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see239

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see189

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see188

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see150

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see145

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see143

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see142

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see136

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see125

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see124

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see124

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see122

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri