FIDE Vüqar Həşimovun atasının vəfatı ilə bağlı başsağlığı verib
Report.az saytına istinadən Icma.az xəbər verir.
Beynəlxalq Şahmat Federasiyası (FIDE) mərhum qrossmeyster Vüqar Həşimovun atası Qasım Həşimovun vəfatı ilə bağlı başsağlığı verib.
"Report" xəbər verir ki, bu barədə FIDE-nin mətbuat xidməti məlumat yayıb.
"Azərbaycanın əməkdar şahmat məşqçisi, mərhum şahmatçı Vüqar Həşimovun atası Qasım Həşimov kədərli şəkildə dünyasını dəyişib. O, həmçinin Vüqar Həşimov Memorialının Təşkilat Komitəsinin rəhbəri vəzifəsində çalışıb. Onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, Qasım Həşimov Abşeron rayonu, Novxanı kəndindəki fərdi yaşayış evində partlayış baş verməsi nəticəsində xəsarət almışdı. O, yanvarın 8-də müalicə aldığı xəstəxanada vəfat edib.
Baxış sayı:60
Bu xəbər 09 Yanvar 2025 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















