FİFA ya İnfantinonun prezident seçkilərinə buraxılmaması ilə bağlı çağırış edilib
Oxumeni.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Beynəlxalq Futbol Federasiyasına (FİFA) Canni İnfantinonun 2027-ci ildə keçiriləcək FİFA prezidenti seçkilərində növbəti müddətə namizədliyini irəli sürmək hüququndan məhrum edilməsi ilə bağlı məktub göndərilib. Oxuməni.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Şikayəti insan hüquqlarının müdafiəsi ilə məşğul olan "FairSquare" qeyri-kommersiya təşkilatı təqdim edib.
Şikayətin əsasını reqlamentin mümkün pozulması təşkil edir. FİFA prezidentləri öz vəzifələrində üç müddətdən çox qala bilməzlər. Lakin hazırkı prezident seçkilərə buraxıla bilər, çünki onun ilk müddəti tam müddət hesab edilmir. İnfantino 2016-cı ildə Yozef Blatteri vaxtından əvvəl əvəz edərək FİFA prezidenti postuna gəlmişdi.
"FairSquare" daha əvvəl FİFA-nın Etika Komitəsinə şikayət edərək, FİFA prezidentinin siyasi neytrallıq prinsipini "dəfələrlə pozduğunu" iddia etmiş və ABŞ prezidenti Donald Trampa tarixdə ilk dəfə FİFA-nın sülh mükafatının verilməsi hallarının araşdırılmasını tələb etmişdi.
Seçkilərdə iştirak üçün ərizələr 2026-cı ilin noyabrına qədər təqdim edilməlidir.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 18 Avqust 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















