Icma.az
close
up
RU
Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi KONKRET

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Bu gün Azərbaycanda fikir, söz və məlumat azadlığı, plüralizm inkişaf edir. Ölkə söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir. Kütləvi İnformasiya Vasitələri – qəzetlər, jurnallar, televiziya və radiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir.

Milli mətbuatımızın uğurlu inkişafı zəngin keçmişinin mirasıdır

Məlum olduğu kimi, “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı ötən müddət ərzində mühüm inkişaf yolu keçib. Belə ki, Azərbaycan milli mətbuatı 1918-ci ildə dinamik inkişaf üçün şans qazandı. Həmin dövrdə ziyalıların müstəqil mətbuatın, söz, fikir azadlığının inkişafına göstərdiyi xidmətlər gələcək illərdə bu sahədə yaranan peşəkarlığın, rəngarəngliyin əsasını qoydu.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra sovet rejiminin repressiya maşını Azərbaycanın istər mətbuatının, istərsə də ədəbiyyatının aparıcı simalarını sıradan çıxarmaqla keçmişi unutdurmağa, gələcəyi isə yalnız öz arzularına uyğun qurmağa cəhd etdi. Heç də təsadüfü deyil ki, 1936-40-cı illər arasında məhv edilən ziyalılar dövrün ən aparıcı şəxsiyyətləri, mütərəqqi fikir sahibləri idilər. Bu mənada bəlli bir zaman kəsiyində ölkəmizdə milli mətbuatın inkişafında müəyyən durğunluqlar yaşandı.

Lakin, 1969-cu ilin 14 iyulunda Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsindən sonra digər sahələrdə olduğu kimi, mətbuatın inkişafında da əsaslı dönüş yarandı. Məhz Ulu öndərimizin şəxsi səyi nəticəsində dilimizə olan ögey münasibətdə dəyişiklik baş verdi. Ümummilli liderimiz Heydər Əliyev hər zaman doğma dilinə böyük qiymət verdiyini nümayiş etdirirdi. Təsadüfi deyil ki, məhz Ulu öndərin qətiyyəti sayəsində 1978-ci ildə qəbul olunan Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu.

Ümummilli liderimizin diqqət və qayğısı nəticəsində, həmin dövrdə istər ədəbi, istərsə də mətbu sahədə yüksək irəliləyiş nəzərə çarpırdı. Azərbaycan dilində qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirildi. Ulu öndər Heydər Əliyev Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində əhəmiyyətli addımlar atdı. Azərbaycanda nəşr olunan çap mətbuatı, demək olar ki, ittifaq miqyasında peşəkarlıq səviyyəsinə və digər parametrlərinə görə seçilirdi.

Mövzunu KONKRET.az-a tanınmış jurnalist Hacıbəy Heydərli şərh edib:

“ Azərbaycanda fikir, söz və məlumat azadlığı sahəsində son illərdə mühüm addımlar atılıb. Xüsusilə, 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən senzuranın ləğvindən sonra mətbuat azadlığı istiqamətində aparılan islahatlar ölkə mediasının inkişafına təkan verib.

Hazırda ölkədə media sektorunda genişmiqyaslı struktur islahatları həyata keçirilir. Bu çərçivədə Medianın İnkişafı Agentliyinin yaradılması, “Media haqqında” Qanunun qəbul olunması və Media Reyestrinin formalaşdırılması kimi yeniliklər həyata keçirilib. Bu addımlar Azərbaycanda “kimdir jurnalist?” sualına hüquqi və institusional cavab verilməsinə şərait yaradıb, media sahəsində fəaliyyət göstərən subyektlərin daha aydın şəkildə müəyyənləşdirilməsini təmin edib.

Media subyektlərinə vergi və digər sahələrdə müəyyən güzəştlərin tətbiqi, jurnalistlərin sosial rifahının yüksəldilməsi məqsədilə ipoteka imkanlarının genişləndirilməsi də bu islahatların tərkib hissəsidir. Eyni zamanda, yerli jurnalistlərin peşəkarlığının artırılması məqsədilə təlimlərin təşkili, xarici mütəxəssislərin iştirakı ilə keçirilən seminarlar, media savadlılığının artırılmasına yönəlmiş layihələr də diqqət çəkir.

2025-ci il Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə ölkədə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.

 Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən bu yubiley dövlət səviyyəsində qeyd ediləcək”.

Jurnalist  qeyd edir ki, süni intellekt və yeni texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə Azərbaycan jurnalistləri də bu trendlərlə ayaqlaşmalı, müasir medianın tələblərinə uyğun fəaliyyət göstərməlidirlər. Bu, həm dövlətin, həm də cəmiyyətin maraqlarına xidmət edir.

“Ölkədə söz və fikir azadlığının təmin olunması xüsusilə internet müstəvisində özünü büruzə verir. Sosial şəbəkələr azad fikrin ifadə olunduğu əsas platformalardan biri kimi çıxış edir. Eyni zamanda, fəaliyyət göstərən media qurumları da qanunvericiliyin və etik prinsiplərin çərçivəsində öz işlərini davam etdirirlər”.

H.Heydərli hesab edir ki, aparılan islahatlar və yaradılan hüquqi baza Azərbaycan mediasının yeni inkişaf mərhələsinə keçidini təmin edəcək.

Aynurə İsmayıl

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 İyun 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri