Fikrini dəyişən sürücü birbaşa üçüncü zolağa keçid edib təhlükə yaratdı VİDEO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtın Heydər Əliyev prospektində qayda pozan sürücü anbaan avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 25-də saat 20:14 radələrində qeydə alınıb. Hərəkətdə olan 90-UB-012 dövlət nömrə nişanlı “Geely” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. O, hərəkətdə olduğu zolaqdan birbaşa üçüncü zolağa keçid edib. Nəticədə həmin zolaqdakı maşına qəza şəraiti yaradıb. Kadrda, “Geely” sürücüsünün dönmə işığını yandıraraq qayda pozduğu görünür. Təəssüf ki, bir qisim sürücülər bunu etməklə xəta törətmədiklərini düşünürlər. Lakin istənilən halda bu qanunla qadağandır. Bu qaydanın pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə nəzərdə tutulur.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 27 Noyabr 2024 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















