Filarmoniyada XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert baş tutub FOTO
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert baş tutub.
Dirijor Hakan Şensoyun (Türkiyə) rəhbərliyi, Niyazi adına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solist - Şefika Kutluer (fleyta, Türkiyə) dinləyicilər qarşısında çıxış edib.
Musiqili gecədə fleyta ifaçısı Şefika Kutluer Arif Məlikovun fleyta, arfa və timpani üçün Konsertinosunu ifa edib.
Orkestrin ifasında Üzeyir Hacıbəyli "Arazbarı", Qara Qarayev iki rəqs, türk bəstəkarı Kenan Durul "Zulül" (işləyəni Oğuzhan Balcı) və Dmitri Şostakoviçin simli orkestr üçün Simfoniyası (op.110) səslənib.
Sonda isə solist Arif Məlikovun "İki qəlbin dastanı" baletindən "Komdenin arzuları" əsərini bis olaraq səsləndirib. Konsert musiqisevərlər tərəfindən böyük sevgi və gur alqışlarla qarşılanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 26 Sentyabr 2025 18:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















