Gəncədə XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert keçirildi FOTO
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində xüsusi konsert proqramı təqdim olunub.
Konsert proqramına Gəncə Dövlət Filarmoniyasının direktoru bəstəkar Xalq artisti Aygün Səməd-Zadə çıxış edərək tədbiri açıb. Ardınca Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin müəllimi Hüseynova Gülər söz alıb. Tədbirdə xalq çalğı alətləri orkestri proqram üzrə ifa edib, orkestrin bədii rəhbəri və dirijoru Xəyal Qəhrəmanov olub.
İfa olunan əsərlər Üzeyir Hacıbəylinin klassik və müasir musiqi nümunələri, həmçinin Azərbaycan milli musiqi irsi yer alıb.
Festival çərçivəsində təşkil olunan bu tədbir, həm yerli, həm də beynəlxalq səviyyədə musiqi və mədəniyyət əlaqələrinin möhkəmləndirilməsinə xidmət edib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 20 Sentyabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















