Icma.az
close
up
RU
Filipp Krikoryanın Kim bilir mahnısını oxuması sizi sevindirir? Zavallılar...

Filipp Krikoryanın Kim bilir mahnısını oxuması sizi sevindirir? Zavallılar...

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Hazırda bütün sosial şəbəkələrdə Rusiyanın xalq artisti Filipp Kirkorovun ABŞ-da yəhudilərin toyunda Azərbaycanın xalq artisti Eyyub Yaqubovun 2003-cü ildə səsləndirdiyi “Kim bilir” mahnısını oxuduğunu paylaşır. Yazırlar ki, Nyu-Yorkun ən böyük şadlıq evlərindən biri olan Da Mikele İllagioda pop ulduzları ilə dəbdəbəli şənlik baş tutub.
.
Bilməyənlər üçün bildirək ki, Filipp bu mahnını 2006-cı ildən əzbərləyib və ilk dəfə yəhudi əsilli biznesmen Telman İzmayılovun doğum günü ilə bağlı böyük bir məclisdə ifa edib.
Ötən ilin bax elə bu günlərində, musiqisi Rəvan Habilloğluna, sözləri Kənana məxsus olan “Kim bilir” mahnısı erməni müğənni tərəfindən ifa olundu. Amma erməni dilində. Bu azmış kimi, mahnıya klip də çəkilib.Klip sosial şəbəkələrin erməni seqmentində yayımlanıb.
Yeri gəlmişkən, Rusiyanın xalq artisti Filipp Kirkorov 2016-cı ilin dekabrında Bakıda "Я” ("Mən") adlı solo konsert verdiyini xatırlayırsınız. Konsert "Crystal hall"da baş tutdu gecənin ən maraqlı məqamlarından biri müğənninin səhnədə əməkdar artist Eyyub Yaqubovun "Kim bilir" mahnısını Azərbaycan dilində səsləndirməsi oldu.

Düzdür, o vaxt bir azərbaycanlı olaraq əslən erməni olan Filipp Krikorovun Bakıya gəlməsinə də Aprel şəhidlərinin il mərasimi çıxmadan konsert verməsinə də sosial şəbəkə platformamda etiraz etsəm də , təbii ki, bu ermənini Bakıya gətirənlər qalib gəldilər.
Amma təqdimetmədə rus müğənnisi olduğu elan edildi.

Yaxşı ki, sonradan Filipp Kirkorov onu “rus müğənnisi kimi təqdim edənlərin papağını və dilini yerə soxa bildi. Beləki o, ötən ilin fevralında etiraf etdi ki, onun əsl soyadı Kriqoryandır.

Müğənni doğum şəhadətnaməsini paylaşaraq, valideynlərinin cavan və gözəl göründüyü düz 60 il əvvəlki toy günündən bir neçə ailə şəkillərini nümayiş etdirdi.

Kirkorov həmçinin valideynlərinin nikah şəhadətnaməsinin şəklini əlavə edib və sənəddə onun əsl soyadının göstərildiyini qeyd etdi və dalınca da bildirdi ki, "Ermənistana pərəstiş edirəm... "
Beləcə, uzun illərdir erməni olduğundan qəti imtina edən “sevimli” Filipp Krikorovunuz erməni olduğunu boynuna aldı.
2024-cü ildə Rusiyanın Soçi şəhərində keçirilən “Yeni dalğa” beynəlxalq musiqi müsabiqəsinin yekun konsertində Rusiyanın xalq artisti Filipp Kirkorov Ermənistanın nümayəndəsi, 27 yaşlı Anahit Akopyanın səsindən xeyli təsirlənərək növbəti açıqlamasını da etdi:”Mən Ermənistana pərəstiş edirəm, bu, mənim üçün sadəcə bir ölkə deyil, bu, əcdadlarımın vətənidir və nə vaxt erməni musiqisinə, düdüyə (bizim balaban musiqi alətimiz) qulaq assam, həmişə bu ölkəyə və öz ölkəsini hər zaman mükəmməl təmsil edən ifaçılara köklənirəm”.

Erməni Krikorovun oteldəki yatağına qızılgül ləçəkləri səpələyən aygün kazımovalar və eyni beyində olan azərbaycanlılar onun Azərbaycana gəlişinə hər zaman sevinib... Ötən il də bu erməni Azərbaycana gəldi.
Axı, 2019-cu ildə Bakıda konsert verən Krikoryan tam bir il sonra 44 günlük müharibə dövründə ermənilərə dəstək oldu.
Belə ki, sosial şəbəkələrdə yayılan erməni əsgərinin fotosuna Filipp şərhdə onun üçün dua edib.
Filip Kirkorovun atası Rusiyanın xalq artisti Bedros Kirkoryan da Azərbaycanın qatı düşmənidir.O, 2-ci Qarabağ müharibəsi zamanı Rusiyada yaşayan erməni diasporu ilə birlikdə Qarabağdakı separatçılar üçün 2 milyon 600 min rubl (təqribən 33 min dollar) pul toplamışdı.

Qeyd edək ki, bizim bəzi xalq artistlərimiz hələ də bilə-biləki Krikoryan ermənidir, onu sevməkdə davam edirlər. Xatırlayırsınız?Aygün Kazımova ilə layihəsi lap ələ düşməz oldu.Rusiyalı müğənni ilə dodaq-dodağa çəkdirdiyi fotolar zamanında böyük səs-küyə səbəb oldu.
Bilmirəm nədənsə, həmin vaxt xalq artisti Flora Kərimova etirazçı xalqa məsləhət olsun, deyə belə bir açıqlama da verdi:" Filipp Kirkorova qarşı çıxmaq onun milyonlarca seyrçisini üstümüzə qaldırmaq deməkdir. Flip Kirkorov Türkiyəyə gedib, türk bayrağına sarılıb, türk mahnısı oxuyub. Onun ulu babası erməni olub, amma atası bolqardır, anası haqqında isə məlumatım yoxdur. Bir də ki millət damğa deyil, düşmən damğadır”.
Xalq artisti Aygün Bayramova isə: “Onu yaxşı araşdırmaq lazımdır, bəlkə də heç erməni deyil. Mən bilmirəm onun nənəsi ermənidir və ya babası. Bu məsələyə birmənalı yanaşmaq olmaz. O, gözəl ifaçıdır, müğənnidir, gözəl də mahnıları var. Kirkorovun Azərbaycana gəlməsinə münasibətim pis deyil. Gəlir, gəlsin də”sözləri ilə yadda qaldı.

Görən, Krikoryanın erməni olduğunu dəqiqləşdirəndən sonra adıgedən xalq artistləri accacana, bircə qırıq utanıb qızarıblar?
Əntiqə Rəşid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://adalet.az
archiveBu xəbər 29 Yanvar 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri