Filippin keçmiş prezident Dutertenin həbsinə order verib
Icma.az, Aznews.az portalına istinadən məlumat yayır.
Keçmiş prezident Rodriqo Duterte vəzifədə olduğu müddətdə həyata keçirdiyi “narkotiklərlə müharibə” əməliyyatları zamanı törətdiyi iddia edilən bəşəriyyətə qarşı cinayətlərə görə Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) tərəfindən qırmızı bildirişlə Filippində axtarışa verilib.
Filippin Milli Polisinin (PNP) adı açıqlanmayan yüksək rütbəli rəsmisi, İnterpolun qırmızı bildiriş verdiyi Duterteni Honq-Konqdan qayıtdıqdan sonra saxlamağa ən azı 7 min polisin təyin ediləcəyini söyləyib.
Mövzu ilə bağlı məlumat "Manila Times" qəzetinin hesabatında yer alıb.
Duterteni ələ keçirmək üçün təhlükəsizlik qüvvələrinin paytaxt Manilada başda Ninoy Aquino hava limanı olmaqla müxtəlif nəqliyyat məntəqələrinə göndərildiyi bildirilir.
Digər tərəfdən, Prezident Sarayı, İnterpolun qırmızı bildiriş verdiyini göstərən hər hansı bir məlumat almadıqlarını açıqlayıb.
Mövsüm
Aznews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 10 Mart 2025 21:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















