Filiz Besim: İqlim dəyişmələri ilə bağlı xəstəliklərin artması uşaqlar və yaşlı nəslin nümayəndələri üçün çox təhlükəlidir
Icma.az, Report.az portalına istinadən məlumat yayır.
İqlim dəyişmələri ilə bağlı xəstəliklərin artması uşaqlar və yaşlı nəslin nümayəndələri üçün çox təhlükəlidir.
"Report" xəbər verir ki, bunu Şimali Kipr Məclisinin İnzibati, ictimai və səhiyyə məsələləri komitəsinin sədri Filiz Besim Milli Məclisdə keçirilən "İqlim dəyişmələri və sağlamlıq: Qanunvericilikdə iqlim dəyişmələrinin sağlamlığa təsirlərinə dair cavab tədbirləri" mövzusuna həsr edilmiş TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclasında deyib.
Onun sözlərinə görə, TÜRKPA çərçivəsində iqlim dəyişikliyinin gətirəcəyi problemlərlə bağlı atılacaq addımların müəyyənləşməsi vacibdir:
"Şimali Kiprdə hazırda su və sağlam qida ciddi problemidir. Bunun qlobal problem olduğunu nəzərə alaraq həllinin birgə tapılmalı olduğuna inanırıq. Qida təhlükəsizliyi vacibdir. Əgər qəbul etdiyimiz qidalar sağlamlığımıza təhdid yaradırsa, artıq ciddi problemdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 22 Yanvar 2025 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















