Film kimi qaçış: Məhkəmə zalının pəncərəsindən...
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Cənubi Afrikada bir kişi məhkəmə heyətini gözləyərkən üçüncü mərtəbədəki məhkəmə zalının pəncərəsindən enərək qaçıb.
"Cebheinfo.az" xəbər verir ki, Onoshana Thando Sadiki Yohannesburqdakı Jeppe Magistrates Məhkəməsində oğurluq və ev quldurluğu ilə bağlı məhkəməyə çıxarılıb. O, üçüncü mərtəbədəki məhkəmə zalının pəncərəsindən qaçıb.
Polisin səhlənkarlığından istifadə edən Sadiki üçmərtəbəli məhkəmə binasının çöl hissəsindən mərtəbə-mərtəbə enib. O, ikinci mərtəbədən aşağı tullanıb və sürətlə pilləkənlərlə aşağı qaçıb. Həyatını heçə saydığı bu qaçış cəhdinə baxmayaraq, Sadiki ertəsi gün yenidən tutulub. Qauteng polisinin sözçüsü polkovnik Dimakatso Nevhuhulvi qaçışla bağlı bunları söyləyib: "Şübhəli şəxs oğurluq və ev soyğunçuluğu ittihamı ilə mühakimə olunarkən qaçıb. Lakin o, ertəsi gün müşahidə qrupu tərəfindən yenidən tutulub və qanuni həbsdən qaçma maddəsi ilə barəsində əlavə iş açılıb".
Nigar Hacılı
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 21 Fevral 2025 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















