Filosof İoanna Kuçuradi vəfat edib
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Türkiyənin tanınmış filosofu, professor İoanna Kuçuradi vəfat edib.
APA xəbər verir ki, filosof 89 yaşında, müalicə aldığı Maltepe Universitetinin Tibb fakültəsinin Təhsil və Araşdırma Xəstəxanasında dünyasını dəyişib.
Məlumata görə, İoanna Kuçuradi ilə vida mərasimi oktyabrın 4-də Maltepe Universitetində keçiriləcək. Filosof həmin gün Şişli Rum Pravoslav qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, İoanna Kuçuradi insan hüquqları, insan fəlsəfəsi və etika sahəsində apardığı araşdırmalarla tanınıb. O, Türkiyə Fəlsəfə Qurumunun sədri, Dünya Fəlsəfə Cəmiyyətləri Federasiyasının fəxri prezidenti olub. Kuçuradi uzun illər insan hüquqları sahəsində müxtəlif milli və beynəlxalq təşkilatlarda fəaliyyət göstərib. O, həmçinin Maltepe Universitetinin İnsan Hüquqları və Fəlsəfəsi Tətbiq və Araşdırma Mərkəzinə və mərkəzin nəzdində fəaliyyət göstərən UNESCO kafedrasına rəhbərlik edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 03 Oktyabr 2026 22:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















