Finalda sürprizlər də görmüşük, amma Qarabağ ın qızıl dubl edəcəyinə inanıram
Icma.az, Sportal.az portalına istinadən məlumat verir.
"Qarabağ"ın sabiq futbolçusu Bəxtiyar Musayev Sportal.az saytına açıqlama verib.
O, Ağdam klubunun ölkə kubokunun finalında qarşılaşacağı "Sabah"la görüşdəki şanslarından danışıb.
Musayevin fikrincə, "Qarabağ" kuboku qazanaraq "qızıl dubl" edəcək:
"Final oyunlarına proqnoz vermək çətin olur. Sürpriz komandaları da görmüşük ki, kuboku qazanıblar. Həlledici görüş bir oyundan ibarətdir deyə, bəxt amili də rol oynaya bilir. Amma düşünmürəm ki, "Qarabağ" kubku əldən versin. Onlar nə qədər final görüşləri keçirib, çətin oyunlar oynayıb. Kubokun finalında sürprizlər də olur. Amma "Qarabağ"ın kuboku qazanaraq "qızıl dubl" edəcəyinə inanıram. Bu komandanın şansı böyükdür. Düşünürəm ki, "Qarabağ" finalda qalib gələcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 18 May 2025 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















