Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

3 aylıq olanda nə baş veribsə xatırlayır

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

Ceyranbatanda toyda dava Biri komadadır

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

“Qarabağ”ın 6 rəqibi 1/8 finalda oynayacaq

“Qarabağ”ın 6 rəqibi 1/8 finalda oynayacaq

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Fevralın 20-də Avropa Liqasının (AL) pley-offunda cavab oyunları keçirildi. Bununla da 1/8 finalda çıxış edəcək daha 8 komanda müəyyənləşdi.

Xatırladaq ki, vahid liqa mərhələsində “Latsio”, “Atletik”, “Mançester Yunayted”, “Tottenhem”, “Ayntraxt” (Frankfurt), “Lion”, “Olimpiakos” və “Reyncers” ilk 8 yeri təmin etməklə birbaşa 1/8 finalda oynamaq hüququ qazanıb. Reqlamentə əsasən, mübarizəni yekun cədvəlin 9-24-cü yerlərində başa vuran 16 komanda isə pley-offda iştirak etdi. Bu mərhələdə iki oyunun nəticəsinə əsasən rəqibini üstələyəcək 8 iştirakçı 1/8 finala çıxdı.
İlk matçlarda qeydə alınan nəticələrdən sonra “Real Sosyedad”, “Fənərbaxça”, “Ayaks”, FKSB, “Alkmaar”, “Ferentsvaroş” və “Tvente” az-çox üstünlük qazanmışdı. Bu komandalardan ilk beşi növbəti mərhələyə adlaya bildi. Danimarkada keçirilən oyunda 2:1 hesabıyla qalib gələn “Real Sosyedad” evdə ilk 18 dəqiqə ərzində “Midtüllann”ın qapısına iki dəfə yol tapdı. Buna baxmayaraq, ruhdan düşməyən qonaqlar hesabı bərabərləşdirməyi bacardılar.
Matçın belə gedişi ilə qətiyyən razılaşmayan san sebastyanlılar fasiləyə az qalmış yenidən hesabda önə keçdilər. Danimarkalıların ilk hissəni çox zəif keçirən müdafiəçisi Bek fasilədə əvəzlənməyə layiq idi. Amma kapitanın ikinci hissədə meydanda görünməməsi heç də qonaq komandanın arxa xəttini gücləndirmədi. İspaniyalılar sona yaxın daha iki qol vurmaqla 5:2 hesabıyla qalib gəldilər.
Qitənin 5 aparıcı liqasından pley-offda çıxış edən ikinci komanda da səfərdə qənaətbəxş nəticəyə (1:1) nail olmuşdu.
“Roma” cavab oyununun 27-ci dəqiqəsində “Portu”nun hücumçusu Omorodionun baxımlı zərbə ilə hesabı açmasına mane ola bilmədi. İtaliyalılar buna çox keçmədən reaksiya verdilər: Dibalanın 4 dəqiqəyə vurduğu iki qol romalıların fasiləyə üstün durumda yollanmasını təmin etdi. İkinci hissənin əvvəlində Paredesi vuran Euştakionun birbaşa qırmızı vərəqə ilə meydandan qovulması ev sahiblərinin işinə yaradı. Qalan vaxtda tərəflər hərəyə bir qol vurdu və Klaudio Ranyerinin təyinatından sonra bir qədər özünə gələn “Roma” mərhələni adladı.
“Ayaks” ilk matçda rəqib meydanında daha sərfəli nəticəyə nail olmuşdu. Amsterdamlılar “Yunion”a iki cavabsız qolla qalib gəlməklə 1/8 finalın qapısını açsalar da, belçikalılar Niderlandda hamını təəccübləndirdilər. İlk hissəni 2:0 hesabıyla başa vuran qonaqlar 25-ci dəqiqədə topun qarşısını əli ilə alan və qırmızı vərəqə ilə cəzalanan Klassenə də minnətdar olmalıdılar. “Ayaks” fasilədən sonra azlıqda oynamaqla çox əziyyət çəkdi və mübarizə 30 dəqiqəlik əlavə vaxta qədər uzandı. “Overtaym”ın əvvəlində rəqibin cərimə meydançasında əllə oynamasına görə qazanılan penaltini Teylor dəqiq yerinə yetirdi. Bu qol Françesko Fariolinin komandasını 1/8 finala daşıdı.
Rəqibini iki oyunun nəticəsinə əsasən üstələyən “Viktoriya” (Plzen), FKSB, “Bude/Qlimt”, “Fənərbaxça” və “Alkmaar” da ən güclü 16 komanda sırasına düşdü. Maraq üçün vahid liqa mərhələsini 8 oyuna 3 xalla sonuncu – 36-cı yerdə başa vuran “Qarabağ”ın 6 rəqibinin 1/8 finalda oynayacağını da qeyd edək.
pley-off, cavab oyunları
Real Sosyedad (İspaniya) - Midtüllann (Danimarka) 5:2 (ilk oyun – 2:1)

Mendes, 5. Suçiç, 18; 45+2. Oyarsabal, 73-p. Oskarsson, 90 - Buksa, 24-p. Osorio, 38.
Real Sosyedad: Remiro, Munyos, Agerd, Subeldiya, Elustondo, Suçiç (Marin, 48), Olasaqasti (Turryentes, 67), Mendes, Barreneçea (Zaxaryan, 83), Kubo (Bekker, 67), Oyarsabal (Oskarsson, 83).
Roma (İtaliya) - Portu (Portuqaliya) 3:2 (1:1)
Dibala, 35; 39. Pizilli, 83 – Omorodion, 27. Rensx, 90+6-öz qapısına.
Roma: Svilar, Anxelinyo, Çelik (Əbdülhəmid, 90+2), Mançini, Ndika, Kone, Paredes, Lorentso Pelleqrini (Pizilli, 78), Əl-Şaaravi (Baldantsi, 87), Dibala (Rensx, 87), Şomurodov (Sule, 78).
Ayaks (Niderland) - Yunion (Belçika) 1:2, əlavə vaxtda (2:0)
Teylor, 93-p. - Makallister, 16. Devid, 28-p.
Ayaks: Pasveer, Roza (Qodts, 61), Ruqani (Qaay, 46), Şutalo, Hato, Mokyo (Henderson, 91), Fits-Cim, Klassen, Edvardsen (Kaplan, 46), Berqheys (B.Traore, 46), Rasmussen (Teylor, 41).
Viktoriya (Plzen, Çexiya) - Ferentsvaroş (Macarıstan) 3:0 (0:1)
Yemelka, 27. Şults, 35. Durosinmi, 38.
FKSB (Rumıniya) - PAOK (Yunanıstan) 2:0 (2:1)
Çisotti, 30. Mikulesku, 81.
Bude/Qlimt (Norveç) - Tvente (Niderland) 5:2, ə.v. (1:2)
Hög, 56-p. Hilqers, 90+2-öz qapısına. Vembanqomo, 90+4. Brustad-Fet, 111. Versxuren, 114-öz qapısına – Şevold, 26-öz qapısına. Steyn, 90+6.
Anderlext (Belçika) - Fənərbaxça (Türkiyə) 2:2 (0:3)
Vaskes, 19; 55 - Ən-Nəsiri, 4. Akçiçək, 63.
Qalatasaray (Türkiyə) - Alkmaar (Niderland) 2:2 (1:4)
Osimhen, 56. Şallai, 70 - Maikuma, 42. Kasius, 55.
Bombardirlər: Əl-Kaabi (Olimpiakos) - 7, Ən-Nəsiri (Fənərbaxça), Varqa (Ferentsvaroş), Omorodion (Portu) - 6.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Fevral 2025 08:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1145

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see600

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see342

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see324

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see323

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see322

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see316

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see275

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see250

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see223

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see198

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see197

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see197

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see195

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see194

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see191

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see191

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see181

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see176

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri