Finlandiya Rusiyanın nüvə hədəfi elan edildi Medvedev Kremlin mesajını çatdırıdı
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Nüvə silahlarının yerləşdirilməsinə qoyulan qadağanın ləğvindən sonra Finlandiya "Rusiyanın nüvə hədəfləri siyahısına əlavə edilib".
“AzPolitika” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sosial media hesabında yazıb.
Medvedev həmişəki qıcıq yaradan tərzində yazıb: "Sevin, Finlandiya, təhlükəsizliyin ən yüksək səviyyəsinə çatmısan!"
Qeyd edək ki, iyulun 1-dən Finlandiyada Atom Enerjisi Qanununa edilən düzəlişlər qüvvəyə minib və ölkə daxilində nüvə silahlarının idxalı, istehsalı, saxlanması və istifadəsinə qoyulan qadağa aradan qaldırılıb.
Daha əvvəl Finlandiya parlamenti səs çoxluğu ilə (125-ə qarşı 61) sözügedən qanuna yeni düzəlişləri qəbul etmiş, ə Finlandiya Prezidenti Aleksandr Stubb isə bunu təsdiqləmişdi.
Stubb bununla bağlı deyib ki, Finlandiya nüvə silahsızlanmasına sadiq qalır, lakin nüvə silahları ilə bağlı suveren qərar qəbuletmə səlahiyyətini də özündə saxlayır. Eyni zamanda, o, ölkənin sülh dövründə nüvə silahına ehtiyacının olmadığını bəyan edib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 03 İyul 2026 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















