Icma.az
close
up
RU
“Fırçanın sirdaşı və ya bir rəssam ömrü” adlı rəsm sərgisi keçirilib FOTO

“Fırçanın sirdaşı və ya bir rəssam ömrü” adlı rəsm sərgisi keçirilib FOTO

Icma.az, Tribuna saytına istinadən bildirir.

Göyçayda “Fırçanın sirdaşı və ya bir rəssam ömrü” adlı rəsm sərgisi keçirilib.

Tribunainfo.az  xəbər verir ki, sərgi Göyçay rayonunda yerləşən 3 saylı şəhər kitabxanasında qeyd olunub.  Rəssam pedaqoq Ehtiram Kərimovun 70 illik yubileyinə  həsr olunmuş  sərgidə onun 52 rəsm əsəri nümayiş olunub. Ziyalıların, kitabxana əməkdaşlarının və sənətsevər şəxslərlə yanaşı, rayon ictimaiyyət nümayəndələrinin  iştirakçı olduğu sərgi xüsusi maraqla qarşılanıb. 70 illik ömrünün 40 ilini pedaqoqluğa həsr edən Ehtiram Kərimov rayonun iki orta təhsil və bir orta ixtissas təhsil müəssəsində müəllim kimi çalışıb. İndiyə qədər 700-dən artıq əl işi olan rəssam ümumilikdə 15 sərgi keçirdiyini bildirir. Onun yalnız rayonda deyil, paytaxtda və Türkiyədə də sərgiləri keçirilib. Rəssam deyir ki, belə sərgilərin davamlılığı  rayon səviyyəsində mədəniyyətin, incəsənətin inkişafına, tanınmasına, sevilməsinə  dəstək verir.  Ancaq sənətkar qeyd edir ki, sənətin inkişaf naminə daha böyük dəstəyə ehtiyacı var.

“Bu mənim yubiley sərgimdir.52  rəsm əsərim var. Rəsmlərdə mən portert, mənzərə, natürmot , abstrakt və digər janrlarda işləmişəm. Bu sərgi üçün bir ayda 12 portret janrında rəsm çəkmişəm ki, çatsın.  Yaşlı insanların, sənətkarların, tələbələrimin  və hətta öz portretimi də çəkmişəm. 3-4 ay öncə mərhum sənətkar, tarzən  Rövşən Zamanovun portretini yağlı boya ilə çəkdim. Bu işə bir ay vaxt sərf etdim.Portreti ailəsinə hədiyyə edəcəm. Belə sərgilərin tək məqsədi ancaq bölgələrdə rəssamlığa maraq yaratmaq, inkişaf etdirmək və incə zövq formalaşdırmaqdır.Bu günə qədər istedadlı 200-ə yaxın tələbə yetişdirmişəm ki, onlar Rəssamlıq Akademiyasında, digər ali təhsil ocaqlarında, eləcə də orta ixtissas təhsil müəssələrində oxuyurlar.  Bitirən də var, oxuyan da var. İstəyirəm ki rayonda bu sənət xüsusilə inkişaf eləsin, maraq yaransın, sərgilərin sayı çox olsun. Akvarel , yağlı boya sərgiləri keçirilsin. Mənə sadəcə dəstək olan yoxdur. Dəstək əsasən bu “Arvan”adlanan  kitabxananın rəhbər və əməkdaşlarıdır. Mehriban xanım, Mətanət xanım və Yeganə xanım onlar hər zaman bu kiçik, amma doğma  kitabxanada sərgilərimi keçirməyə şərait yaradır”

Rəsmi açılışla elan olunan sərgidə çıxış edənlər rəssamın şərəfli ömür yoluna və yaradıcılığına nəzər salıblar. Çıxışlardan sonra sərgilənən əsərlərə baxış keçirilib. Ayın 4-nə qədər davam edəcək sərgini rayon ictimaiyyəti və sənətsevərlər gəlib izləyə bilər. Rəssam bildirir ki, onun tək arzusu rayonda rəsm qaleriyasının olmasıdır. 30 ildir ki, kiçik emalatxanasında çalışaraq dərs keçən rəssam pedaqoq nə sənətindən, nə fırçasından yorulub. Qaleriya kimi tək arzusu isə çəkilən rəsmlərin qorunması, davamlı sərgilənməsi və  rəssam həmkarların bir yerdə çalışması amaclıdır. Rəssam daha çox istedadlı tələbələr yetirmək, daha çox rəsm çəkmək və sənətin sehrində qalmaq  istəyir.

“ Bu sərgilər əlim fırça tutduqca davamlı olacaq. İnsanları, gəncləri incəsənətə yönəltmək üçün , rənglərin sehrini, sənətin dərinliyini dərk etdirmək üçün çalışmalıyam. Bir rəssam kimi istəyirəm ki, rayonda rəsm qaleriyası olsun. Neçə ildir ki, çalışıram, belə sərgilər təşkil edirəm ki, bizə bir yer, məkan ayırsınlar, qaleriya kimi yararlanıb rəsm sərgilərini tez-tez təşkil edək. Zamanla bura üz tutanlar o qaleriya vasitəsilə bizim kimi fədakar rəssamların, gənclərin istedadından , sənətindən, yaradıcılığından xəbərdar olsun. Hər ay rəsm qaleriyasında tələbələrimin sərgilərini təşkil etmək əla olar. Çox uğurlu tələbələrim var ki, bu gün onlar rəssam kimi, həm də pedaqoq kimi çalışırlar, qeyri -adi rəsmlər çəkirlər. Xaricdə oxuyan tələbələrim var. Bakıda bu işi uğurla davam etdirən daha çox tələbələrim var. Öz qızım da ali təhsilli rəssamdır. Türkiyədə çalışır. Akvarel cəmiyyətinin rəhbəri kimi çalışan tələbələrim var. Autizm uşaqlarla çalışırlar və böyük sərgi edəcəklər.Bu sərgiyə on ölkədən rəssam qonaqlar gələcək. Bu üzdən tələbələrimin uğurları ilə qürur duyuram, özüm də yaratmaqda israrlıyam. Allahdan mənə ruh gəlir. Bir ay dayanmadan çalışıram. 50-60 yaşdan sonra biz rəssamlar daha çox çəkmək, daha çox sənətlə yaşamaq  istəyirik”

Qeyd edək ki, sərgi ayın 4-ə qədər davam edəcək.

Günel İsayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 03 Sentyabr 2025 01:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri