Firuzə Cəlilovaya vəzifə verildi
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Mingəçevir Dövlət Universitetində yeni kadr təyinatı həyata keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, rektor Anar Eminovun əmri ilə Firuzə Cəlilova universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinə müdir - mətbuat katibi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, F.Cəlilova Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb, həmin ixtisas üzrə magistr dərəcəsinə yiyələnib. Daha sonra Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlanma İnstitutunun Məktəbəqədər təhsil fakültəsində pedaqoq-psixoloq ixtisası üzrə təhsilini başa vurub.
Xatırladaq ki, "Space" TV, "Lider" TV, "Xəzər" TV və Baku TV kimi aparıcı media qurumlarında müəllif-aparıcı və layihə rəhbəri kimi fəaliyyət göstərib.
Baxış sayı:150
Bu xəbər 03 Aprel 2026 21:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















