Icma.az
close
up
RU
Fitnesin hansı növləri insanı cavanlaşdırır?

Fitnesin hansı növləri insanı cavanlaşdırır?

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Özünüzü bir neçə yaş cavanlaşdırmaq üçün bir tək kosmetoloq və ya plastik cərraha müraciət etməklə deyil, həmçinin fitnesslə məşğul olaraq da etmək mümükündür.

Fitnes - qocalma əlamətlərinin mübarizəsində ən yaxşı müttəfiq sayılır. Buna səbəb , onun  bütün orqanizmi əhatə etdiyinə görə sağlamlığa çox xeyirli olmasıdır.Fitnesin isə bir çox növləri olduğundan əldə etmək istədiyiniz nəticə  sizin məqəsədinizdən asılıdır.

Məqsəd: orqanizmin bütün sistemlərini cavanlaşdırmaq

Güc sərf olunan məşğələlərdən əzələlərdə  yaranan gərginlik orqanizm tərəfindən stress kimi qəbul olunur, orqanizmin buna olan təbii reaksiyası isə hormonların intensiv atılmasıdır. Məhz hormonların olmaması isə qocalma prosesini tezləşdirir. Bu maddələr olduğu halda orqanizm yaxşı  işləyir, bu da dərinin elastikliyi və saçların parlaqlığı ilə özünü göstərir. Əsas cavanlaşdıran hormonlar endorfin, serotonin, tetesteron və boy artma hormonu somatotropin sayılır.

Bu prosesdə ən çox yer tutan hormon, hüceyrələrin regenerasiyasına ayrılan boy artma hormonudur. Somatotropin - hüceyrələrin qocalması ilə aktiv mübarizə aparır. Lakin, 30 yaşdan sonra orqanizm onu lazımı miqdarda istehsal etmədiyinə görə qocalma prosesi aktiv olaraq güclənir.

Əgər bu hormonun azlığını hiss etmiriksə, endorfin hormonunun azlığını əhvalın pisliyi ilə çox aydın hiss etmək olar. Bu emosiyalar isə hər bir insanı bir neçə yaş qoca göstərə bilirlər. Əlbəttə ki endorfinin səviyyəsini şokolad yeməklə qaldırmaq olar.Lakin məşğələlədən bu hormonu almaq daha xeyirlidir. Belə ki, şirnidən aldığımız həzz yalnız 40-50 dəqiqə olduqda, məşqdə əldə olunan nəticə ondan  isə daha çox olacaq.

Həmçinin serotonin adlı xoşbəxtlik hormonu haqda da unutmayın. Belə ki, məşğələ zamanı onun istehsalı tezləşir, o isə depressiya və stressin qarşısını alır.

Məqsəd: ürək  və damarları gücləndirmək

Gəzinti və qaçış bizə bərabər intensiv kardioyüklənməni təmin edərək, infarktın təhlükəsini azaldaraq, ürək-damar sistemini gücləndirir. Bundan əlavə gəzinti və qaçış - arıqlamağa kömək edir, oynaq və əzələləri məşq etdirir, düz qaməti təmin edir, qanı oksigenlə zənginləşdirir və maddələr mübadiləsini aktivləşdirir.

Məqsəd: qadın sağlamlığını möhkəmlətmək və həyəcandan xilas olmaq

Yoqa. Heç müşahidə etmisiz ki, yoqa instruktorları hər zaman öz yaşlarından daha cavan görsənirlər? Bunun başlıca səbəbi düzgün tənəffüs, oynaq və bel sümüyünə olan mötədil yüklənmədir. Yoqa ilə məşğul olmaq diqqət konsentrasiyası ilə stressdən azad edir. Bu rasional tənəffüs sayəsində olur ki, o, orqanizmə oksigenin  daha çox daxil olmasını təmin edir. Kapilyarların düzgün işləməsi üçün edilən məşğələlər onların oksigeni daxili orqanlar və hüceyrələrə çatmasına kömək edirlər. Bu isə dərinin möhkəmliyi və dərini rəngini gözəl olmasın təmin edir.

Məqsəd: dərinin vəziyyətinin  yaxşılaşdırılması

Üzgüçülük ilə məşğul olmaq əzələ və bel sümüyünə, antiselüllit, qan dövranını yaxşılaşdıran massaj seanslarını əvəz edə bilir. Bel sümüyü və oynaqlara təsir etməyən yüklənmə travma və zədələnmələri aradan qaldırır. Su ilə təmas isə mikrosirkulyasiyanı yaxşılaşdırıraraq,dərinin elastikliliyini artırır.Tezləşən limfaaxını  metobolizmin bir çox məhsullarını xaric edərək, hüceyrələrin bərpa olunmasını tezləşdirir.

Məqsəd: qırışlardan azad olmaq

Feysbilding - Bu prosedur həm qırışlardan, həmçinin əzələ sıxlaşmalarından azad olmaq üçün istifadə edilir. Bu kimi problemlərdən azad olmaq üçün üzü tam rahatlamaq və lazımı əzələləri  məşq etdirmək lazımdır. Bu kimi hərəkətləri  həfətədə 3 dəfə requlyar etmək lazımdır.

Mütəxəssislər həmçinn daha çox su içməyi tövsiyə edirlər, belə ki, su dərini daha elastik edir və xırda qırışların yaranmasının qarşısını alır.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 00:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri