Icma.az
close
up
RU
FİZİKLƏR VƏ LİRİKLƏR!

FİZİKLƏR VƏ LİRİKLƏR!

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Etibar ƏLİYEV

27 mart Elm Gününə ithaf olunur 

Fizika üzrə Nobel mükafatı laureatı Rudolf Messbauerin Bakıya və Şuşaya səfəri 

Ölkə başçısı cənab İlham Əliyevin təşəbüssü ilə keçirilən Humanitar Forumlarda xeyli sayda böyük alimlər, Nobel mükafatı laureatları və dünyanın böyük yazıçıları iştirak ediblər. Nobel mükafatçılarının mötəbər tədbirlərə ayaq basmaları tarixi hadisə kimi dəyərləndirilir. Sovetlər dövründə Bəşəriyyətin nəhəng fiziklərindən biri Rudolf Messbauerin Bakıya və Şuşaya səfəri elmimizin tarixində maraqlı səhifələr kimi qalır.

Messbauer kimdir?

Rudolf Messbauer doktorluq tədqiqatı zamanı 191-iridium izotopunda qamma şüalarının nüvə rezonans flüoressensiyasını (Messbauer effekti) kəşf etmişdir. Messbauer spektroskopiyasının əsasını təşkil edən "Messbauer effekti"ni kəşf etdiyinə görə 1961-ci ildə Robert Hofştadter ilə birgə Fizika üzrə "Nobel" mükafatı almışdır.

“Messbauer effekti” vasitəsilə maddəni parçalamadan dolayısı ilə atomun valentliyini təyin etmək mükündür. Bu effekt kimyəvi katalizdə, arxeologiyada molekulların quruluşinda, valentlikdə, bərrk cizimlər fizikasında, bioloji polimerlərdə istifadə olunur. Bu effekt vasitəsilə Eynşteynin təsəvvür etdiyi fotonu “çəkmək” mümkündür. Tərcüməçi, yazıçı, elm adamlarını bir araya gətirən Natalya Virta “Fiziklər və liriklər” kitabında Rudolf Messbauerin Bakı və Şuşa səfərini gözəl təsvir etmişdir.

Nataliya Virta yazır: “Biz Yura (həyat yoldaşı fizik – akademik Yuri Kaqanı nəzərdə tutur –red.) ilə Bakıya uçduq, bizimlə birgə Bakıya yüksək səviyyəli qonağımız Rudolf Messbaueri də dəvət etmişdik. Aeroportda gözləmə zalında bizi dostumuz Hafiz Paşayev, bacısı Elmira xanım və qızı Cəmilə xanım çox səmimi qarşıladı. Hafiz müəllim uzaq keçmişdə mənim həyat yoldaşım akafemik Yuri Kaqanın aspirantı olmuşdur. Xoşbəxt ailənin qonağı olmaq hər insana qismət olmur. Bu baxımdan Hafiz Paşayevgilin ailəsi unikaldır. Mən, həyat yoldaşım və Rudolf bizə göstərilən hər dəqiqənin qayğısında səfərimizin komfort, maraqlı və xoş keçməsini heç zaman unutmadıq. Paşayevlər ailəsinin insanlara münasibəti sadəcə qibtə olunasıdır. Hafiz müəllimin anası Püstəxanımın bizi əzizləməsi və bizə yüksək nəvaziş göstərməsi bizim yaddaşımıza əbədi həkk olundu. Püstəxanımın həyat yoldaşı Azərbaycanın Xalq yazıçısı, görkəmli alim Mir Cəlal Paşayevin vəfatından sonra çöhrəsindəki kədərin qalmasına baxmayaraq qonaqpərvərlik təbəssümü bizdə xoş ovqat yaratdı. Mir Cəlalın irsi orta məktəblərdə tədris olunur, müxtəlif dillərə tərcümə olunmuşdu. “Bir gəncin manifesti”, “Yolumuz hayanadır”, “Yaşıdlar”, “Dirilən adam”, “Açıq məktub” kimi monumental romanların müəllifidir. Hafiz Paşayev ABŞ- da tədqiqatlarını davam etdirməyə yollananda məninm həyat yoldaşım Kaqanın kolleqası olan məşhur alim Aleks Maradudinin yanında 2 illik staj keçəndən sonra fizika - riyaziyyat üzrə doktorluq dissertasiyası müdafiə etmişdi.

Bizə açılan süfrə ətrafında diqqət Messbauerə yönəlmişdi. Onun Bakıya gəlişinin elmi proqramı müzakirə olundu. Azərbaycanın akademik və Universitet çevrəsi üçün nəhəng fiziklə görüşmək fürsəti yaranmışdı.

Messbauerə sual vermədilər!

Messbauer auditoriyanı ovsunlamaq kimi fitri istedada malik alimdir. Fikrini seçilmişlər, yüksək təhsillilər üçün başa düşüləcək xırdalıqlarla izah edirdi. Zalda əyləşənlər müharibə dövründə xaos və anarxiyaya qələbə çalmış nəhəng alimin nitqinə qulaq asdıqca özlərini xoşbəxt sanırdılar. Mühazirə ingilis dilindn rus dilinə çevrilirdi. Mühazirədən sonra sanki zalı don vurmuşdu. Onun nitqinin təsirindən az sonra özünə gələn auditoriya qonağı sürəkli alqışladı. Sual verən olmadı. Görünür ki, Şərqdə böyük alimə sual verib onu narahat etmək məqbul sayılmır.

Üç gündən sonra bizi doğma vətəninə aparmaq üçün Hafiz müəllimin etibarlı dostu Eldar müəllim gəldi. Biz maşınla neçə kilometr gəldiyimizi bilmədik. Lakin bu ölkəni bəzək düzəksiz və qrimassiz olduğunu gözlərimizlə gördük. Yolüstü dayandığmız çayxanda ilk dəfə gördüklərimiz adamlar bizi doğmaları kimi qarşıladılar. Şərq qonaqpərvərliyini təsvir etmək mümkün deyil.

Nəhayət Şuşaya çatdıq və bizi Eldarın qohumlarına məxsus malikanədə qonaq saxladılar. Şuşada olduğumuz müddətdə saatlarla uçuş zamanı yol yorğunluğumuz çıxdı. Dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən şəhərin əvvəlki adı Pənahabad olmuşdu. Şuşada natural ipək parçanın istehasılında qadın cəldliyi və hövsələsi bizi riqqətə gətirdi. İpək parça istehsal olunan fabrikdə Rudolfun həyat yoldaşı üçün əsl ipəkdən parça hədiyyə olundu.

Dəniz səviyyəsində 1500 metr yüksəkdə yaşayan insanların həmrəyliyindən riqqətə gəldik. Burada insan insanla qardaşdır. Messbauer təəcüb içində idi. Yüksək qonağımız Qafqazın ürəyində olduğunu düşünəndə ocaqda otlardan dəmlənmiş ətirli çayın tamına baxanda, Alp çəmənliyi ilə əhatə olunan haşiyəyə çəkilmiş dağların zəncirini və başımızın üstündəki səmanın sonsuzluğunu görəndə məmunluğunu gizlədə bilmirdi.

Lakin biz heç təsəvvür edə bilməzdik ki, belə bir şəhər tezliklə amanszı müharirbə meydanına çevriləcək. Yenidən qan töküləcək və ölənlər torpağa gömüləcək. Danışıqlar yolu ilə bu problemi həll etmək mümkün olmazdımı? Bütün bu sualları səyatəmizdən sonra Moskvada davam etdirdik. Biz Şuşadan və orada yaşayan azərbaycanlılardan çox şey öyrəındik. Kaqan gözəl bir fikir də sələndirdi: “Sən demə “Mesbauer effekti” Şuşada uğurla tətbiq olunur”.

Messbauerin böyük alim kimi həm də maraqlı kəlamları var.

"İzah edin! Ən vacib məsələ izah edə bilməyinizdir! İmtahanlarınız olacaq və orada izah etməli olacaqsınız. Nəhayət, onlardan keçib diplom alacaqsınız və düşünəcəksiniz ki, hər şey bitdi. Xeyr, bütün həyat bir imtahandır; ərizələr yazmalı, həmkarlarınızla müzakirələr aparmalı olacaqsınız... Ona görə də izah etməyi öyrənin! Siz bunu başqa bir tələbəyə, həmkarınıza izah edərək inkişaf etdirə bilərsiniz. Əgər onlar yanınızda deyilsə, ananıza, hətta pişiyinizə izah edin!"

Messbauer elmi jurnalistika haqqında: “Biz tez-tez qəzet və jurnallarda jurnalistlərin məqalələri və qeydlərinə rast gəlirik. Xeyli yanlışlıqlara yol verirlər. Bunlarla tanışlıq insanı ağrıdır. Elmdən məlumatı olan şəxslə söhbət daha maraqlı alınır. Məsələn, Münhendə bir jurnalist var. O, bizdə diplom işini müdafiə edə bilmədiyinə görə Universitetdən xaric olundu. Bilirsiniz, sonradan möhtəşəm elmi jurnalist oldu. İndi tanınmış jurnallarda elm haqqında olduqca maraqlı məqalələr yazır. Bu adamın fizika təhsili var. O, elmdə çox şeyləri bildiyinə görə populyar yazır. Və bu səbəbdən çox tanınmış jurnalist ola bildi. Demək istəyirəm ki, bu şəxs böyük alimlərdən daha maraqlı yazır. Bu yaxınlarda mən bir yerdə dedim ki, onu universitetdən xaric edən professorlara təşəkkür düşür. Əgər onu universitetdən qovmasaydılar hansısa laboratoriyada gününü keçirən zəif bir fizik olacaqdı. Belədə isə o, əla elmi jurnalistdir. Bəlkə yaxşı fizik yetişdirmək üçün də bu üsul yetərli ola bilər: kimlərisə jurnalistika fakültəsindən xaric etməliyik!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Mart 2026 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see391

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see366

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see341

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see261

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see256

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see246

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see236

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see193

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see187

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see169

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see166

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see162

Böyük Qayıdış: verilən vəd və görülən işlər

20 Avqust 2026 13:23see161

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see161

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see160

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see157

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see155

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see155

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see150

“Meta”, “Microsoft”a milyonlar ödəyir

20 Avqust 2026 18:07see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri