Icma.az
close
up
RU
Fizioterapevtdən oturaq həyat tərzi keçirənlərə vacib MƏSLƏHƏTLƏR

Fizioterapevtdən oturaq həyat tərzi keçirənlərə vacib MƏSLƏHƏTLƏR

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müasir dövrdə insanların gündəlik həyat tərzi getdikcə daha passiv xarakter alır. Texnologiyanın inkişafı, iş şəraitinin dəyişməsi və məişətdə rahatlığın artması nəticəsində insanlar günün əksər hissəsini oturaq vəziyyətdə keçirirlər.

Oturaq həyat tərzinin bədənə, xüsusilə də onurğa sütununa təsiri nə dərəcədə ciddidir? Onurğa sağlamlığı üçün masa arxasında işləyən şəxslər nəyə fikir verməlidirlər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında fizioterapevt Afaq Salamova bildirdi ki, oturaq həyat tərzi dedikdə, adətən sutkanın böyük hissəsini oturaq vəziyyətdə keçirmək nəzərdə tutulur:

"Bu, əsasən ofis işçiləri üçün iş şəraiti ilə, şagird və tələbələr üçün isə tədris yükünün artması ilə əlaqədar yaranır. Həmçinin sürücüləri də bu kateqoriyaya aid etmək olar.
Bu cür həyat tərzi insan orqanizminin təbiətinə ziddir. Müasir dövrdə məişət şəraitimiz də mexanikləşdirilib. İnsanlar işdən sonra evdə də oturaq vəziyyətdə qalırlar. Əksər cihazlar pultla idarə olunur, pilləkən əvəzinə isə liftlərdən istifadə edilir. Bütün bunlar insanın ümumi fiziki aktivliyini azaldaraq sağlamlıq vəziyyətinə mənfi təsir göstərir.

Oturaq həyat tərzi zamanı ilk zərər görən orqanlar - ürək-damar sistemi, ağciyərlər, bağırsaqlar və ilk növbədə isə onurğa sütunudur. Onurğa ciddi təsirə məruz qalaraq müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər.

Əzələlərin əsas funksiyalarından biri qamətin düzgün saxlanılmasıdır. Oturaq həyat tərzində əzələlər zəifləyir. Nəticə etibarilə insan dik qalma qabiliyyətini itirir. Bu isə onurğada əyriliklərin yaranmasına gətirib çıxarır. Əsas təzyiq bel əzələlərinin üzərinə düşdüyü üçün osteoxondroz, bel yırtığı kimi problemlər meydana gələ bilir".

Fizioterapevt qeyd etdi ki, ofis işçilərində, xüsusilə kompüterlə çalışan insanlarda isə təzyiq təkcə bel deyil, həm də boyun əzələlərinin üzərinə düşür: 

"Başımızı saxlayan iki qrup əzələ vardır: böyük və kiçik boyun əzələləri. Kompüterlə işləyərkən adətən baş aşağı vəziyyətdə olur, bu zaman yükün əsas hissəsi kiçik qrup əzələlərə, yəni ənsə əzələlərinə düşür. Ənsə əzələlərinin spazmı isə baş ağrılarına və beyin qan dövranının pozulmasına səbəb ola bilər.

Bundan əlavə, kompüterlə uzun müddət işləyən insanlarda “karpal tunel sindromu” deyilən bir vəziyyət də yarana bilər. Bu sindrom bilək nahiyəsindən keçən sinirlərin sıxılması nəticəsində meydana gəlir və kəskin ağrılarla müşayiət olunur. İş şəraiti düzgün təşkil olunmadıqda bu sindrom daha tez-tez müşahidə edilir".

Həkim bildirdi ki, oturaq həyat tərzi keçirən insanlar gün ərzində mütləq özlərinə qısa fasilələr verməlidirlər.

"Bu fasilələr yalnız çay içməkdən ibarət olmamalıdır, eyni zamanda yüngül fiziki hərəkətlər də etmək tövsiyə olunur. Hərəkətlər həm iri qrup əzələləri, həm də göz və bilək əzələlərini əhatə etməlidir. İş şəraiti düzgün təşkil edilməli, kompüterlə işləyənlər oturuş qaydalarına diqqət yetirməlidirlər. Bu qaydalara təkcə işçilər deyil, tələbə və şagirdlər də riayət etməlidirlər.

Əzələlər daim işləməlidir. İş saatlarından əlavə, istirahət günlərində idmanla məşğul olmaq tövsiyə olunur. Bu, yalnız onurğa sağlamlığı deyil, ümumi bədən və psixoloji sağlamlıq üçün də çox vacibdir. Əks halda bu, yuxusuzluq və depressiv halların yaranmasına səbəb ola bilər. Gününüzü düzgün planlaşdırın və oturaq həyat tərzindən sonra passiv həyata üstünlük verməyin!",- deyə Afaq Salamova vurğuladı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 May 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see147

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri