Fizioterapiya yaşlılar üçündür? AÇIQLANDI
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün bir çox insan fizioterapiyanı yalnız yaşlı insanların müraciət etdiyi bir müalicə üsulu kimi tanıyır. Cəmiyyətdə belə bir fikir formalaşıb ki, fizioterapiya yalnız yaş artdıqda, hərəkət məhdudiyyəti və ya oynaq problemləri yarandıqda lazım olur. Halbuki müasir həyat tərzi göstərir ki, hərəkətsizlik, uzun saatlarla masa arxasında işləmək, telefon və kompüter istifadəsinin artması, yanlış oturuş vərdişləri və fiziki yüklənmələr artıq gənc yaşlarda belə müxtəlif ağrı və problem yaradır.
Xüsusilə son illərdə bel, boyun, kürək ağrıları, duruş pozuntuları və əzələ gərginlikləri həm uşaqlarda, həm də gənclərdə daha çox müşahidə olunur. İdmanla məşğul olan insanlarda isə zədələr, əzələ və oynaq problemləri fizioterapiyaya ehtiyacı artırır. Bəzən insanlar yalnız ağrı şiddətləndikdə və ya hərəkət etməkdə çətinlik yaşadıqda mütəxəssisə müraciət edirlər. Halbuki fizioterapiya təkcə müalicə məqsədi daşımır, eyni zamanda problemlərin qarşısını almaq və bədənin funksiyalarını qorumaq üçün də tətbiq olunur.
SİA mövzu ilə bağlı fizioterapevt Əziz Dərvişovun fikirlərini öyrənib.
O bildirib ki, fizioterapiyanın yalnız yaşlılar üçün olduğu düşüncəsi doğru deyil:
”Fizioterapiya hər yaşda insan üçün tətbiq oluna bilən müalicə və reabilitasiya üsuludur. Uşaqlarda duruş və inkişaf problemlərindən, gənclərdə idman zədələri, bel və boyun ağrılarına, yaşlılarda isə hərəkət məhdudiyyəti və balans problemlərinə qədər bir çox sahədə istifadə olunur.
Burada məqsəd yalnız xəstəliyi müalicə etmək deyil, eyni zamanda ağrını azaltmaq, hərəkəti bərpa etmək və həyat keyfiyyətini artırmaqdır. Yəni fizioterapiya yaşa görə deyil, insanın ehtiyacına uyğun tətbiq olunan bir müalicə üsuludur”.
Ayşən Vəli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 08 May 2026 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















