Icma.az
close
up
RU
Vətəndaş məmnunluğunun ünvanı “Buzovna” Fizioterapiya Mərkəzi

Vətəndaş məmnunluğunun ünvanı “Buzovna” Fizioterapiya Mərkəzi

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqları əsasında   sosial sahədə aparılan ardıcıl islahatlar öz bəhrəsini verməkdədir.  Ölkəmizdə həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti üçün yaradılan əlverişli şərait və dövlət başçımızın bu sahəyə diqqət və qayğısı ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili istiqamətində görülən işlərə, o cümlədən sanatoriya-kurort müəssisələrinin də fəaliyyətinə müsbət təsirini göstərməkdədir. Bu müsbət dəyişiklikləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Buzovna” Fizioterapiya Mərkəzinin də fəaliyyətində görmək mümkündür. 

Bakının Xəzər rayonunda yerləşən “Buzovna” Fizioterapiya Mərkəzinin yüksək zövq və səliqə ilə tikilmiş, müasir standartlara tam cavab verən yaşayış və müalicə otaqları, yeməkxana, ərazidə salınmış yaşıllıq, göz oxşayan güllər bura gələnlərdə xoş duyğular yaradır,  bu istirahət-müəlicə müəssisənə qədəm basan hər kəsdə xoş təəssürat doğurur. 

Müasir avadanlıq və fərdi proqramları ilə pasiyentlərin xidmətində duran “Buzovna” Fizioterapiya Mərkəzi Xəzər dənizinin sakitləşdirici təsiri, geniş müalicə prosedurları ilə diqqəti cəlb edir və  insan belə bir qənaətə gəlir ki, həm gözəl istirahət etmək, həm də sağlamlığı bərpa etmək üçün Bakıdan çox da uzaqlara getmək heç də vacib deyil. Mineral su vannaları, sualtı duş-masajlar və müasir SPA kapsulaları, müalicəvi masaj, idman və fitness, hirudoterapiya (zəli ilə müalicə), Naftalan aplikasiyaları, müalicəvi palçıq və parafin terapiyası ilə xəstələrə sağlamlıq bəxş edən işçilərin   yüksək qayğı və diqqəti, öz sənətlərinin yüksək mütəxəssisi olmaları ilk gündən istirahətə gələnlərin diqqətini cəlb edir.   

İstənilən bir müəssisənin uğurlu fəaliyyəti burada çalışan kollektivin, o cümlədən  rəhbərliyin öz işinə olan münasibətindən asılıdır. “Buzovna” Fizioterapiya Mərkəzində çalışan gülərüz, mehriban Azərbaycan xanımlarının xoş ünsiyyəti,  pasiyentlərin hər müraciətinə diqqət və qayğı ilə  cavab vermələri və son dərəcə həssaslıqla xidmət göstərmələri insanda sanki öz doğmalarının əhatəsində olması təəssüratını yaradır. Bütün bunlar məhz Azərbaycanımıza xas olan milli keyfiyyətlər olaraq qürurvericidir.

“Buzovna” Fizioterapiya Mərkəzində istirahət edənlərdən biri olaraq yüksək qayğı, insanda xoş ovqat yaradan münasibət üçün həkim və xidməti heyətə, o cümlədən həkimlərdən Reyhanə Hüseynovaya, Ləman Məlikovaya,  fizioterapiya şöbəsinin işçilərindən İnarə Qasımovaya, Yalə Kəngərliyə, Sevinc Abdullayevaya  minnətdarlığımı bildirir, onlara vətəndaşlarımızın xoş istirahəti və müalicəsi üçün yaxın gələcəyə planlaşdırdıqları işlərdə uğurlar diləyirəm.
Hikmət Xudiyev (Cəmilzadə),
Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru, 
istefada olan polkovnik, 1-ci Qarabağ müharibəsi veteranı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://adalet.az
archiveBu xəbər 06 May 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri