Flik: “İnter”in nəticələri barədə düşünmürəm“
futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Barselona” “İnter”i qəbul edəcək.
Futbolpress.az xəbər verir ki, İtaliya komandası matça üç məğlubiyyət seriyası ilə girəcək. Bu, 13 ildən artıqdır ki, “Nerazzurrilər”in başına gəlməyən bir şeydir. Lakin “Barselona”nın baş məşqçisi Hans-Diter Flik buna o qədər də önəm vermir:
“İnter”ə üç məğlubiyyət? Bu fərqlidir. Çempionlar Liqası çempionluq üçün əla fürsətdir. Finala cəmi iki qarşılaşma qalıb. Hər kəs əlindən gələni edəcək, keçmiş matçların əhəmiyyəti yoxdur. “İnter”in nəticələri barədə düşünmürəm, çünki bu, mənim işim deyil. Oyunçularımın əllərindən gələni etmələrinə əminəm”.
“Barselona” – “İnter” matçı aprelin 30-u Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 29 Aprel 2025 19:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















